Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

XOCAVƏND RAYON MƏRKƏZİ KİTABXANASINDA GENERAL-MAYOR POLAD HƏŞİMOV ANILDI

15.07.2021

 

İyulun 14-də Xocavənd rayon Mərkəzi Kitabxanasında general-mayor Polad HəşimovA həsr olunan dəyirmi masa keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra isə Mərkəzi Kitabxananın direktoru Şamama Hüseynova tədbiri giriş sözü ilə açaraq Polad Həşimovun qəhrəmanlığından, Ali Baş Komandanın liderliyi ilə qazanılan tarixi zəfərdən söhbət açıb. Çıxış edən tədbir iştirakçıları Polad Həşimovun ölümündən sonra Azərbaycan cəmiyyətində fenomenə çevrilən nadir şəxsiyyətlərdən biri olduğunu vurğulamış, onun tərcümeyi-halı, hərbi xidmətləri haqqında ətraflı məlumatlar vermişlər.

 

165.7 KB

 

168 KB