Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmişlidə kənd təsərrüfatı sahəsində qarşıda durmuş məsələlərin həlli ilə bağlı müzakirələr aparılmışdır.

04.08.2017

04 avqust 2017-ci il tarixdə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qax rayonunda keçirilən Respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı İmişli rayonunda 08 avqust 2017-ci il tarixdə  Rayon İcra Hakimiyyətinin başçısı V.Hacıyevin sədrliyi ilə ümumrayon müşavirəsi keçirilmişdir.Tədbirdə fermerlər, kənd zəhmətkeşləri, rayonun aqrar sahə üzrə aktivləri iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan İmişli rayon İcra Hakimiyyətinin başçısı ümumrespublika müşavirəsi barədə ətraflı çıxış etmiş, qarşıda duran həlli vacib məsələlər və verilmiş tapşırıqlar barədə yığıncaq iştirakçılarını məlumatlandırmışdır.O, bildirmişdir ki, heç bir tarixi dönəmdə Azərbaycanda belə qısa müddətdə kənd təsərrüfatı sahəsində bu qədər səmərəli işlər görülməmişdir.Bələ ki, pambıqçılığın inkişafı ilə paralel taxılçılığın və baramaçılığın inkişafına da eyni qayğı göstərilir.Bu baxımdan qeyd edilən məhsulların iki il ərzində bir neçə dəfə artımının şahidi oluruq. Keçən il 5051 ha sahədə əkilmiş pambığın qarşılığında dövlətə 10 min tondan çox pambıq təhvil verilmişdir. Cari il üçün 18 min ha dan çox sahədə əkilmiş pambıq üçün 30 min ton məhsul əldə edilməsi hədəf kimi qarşıya qoyulmuşdur.
     2017-ci ildə 8 min 30 kq barama məhsulu dövlətə təhvil  verilmişdir.Bu da 2016-cı ilə nisbətdə iki dəfə artıq məhsul təhvil verilməsi deməkdir.Növbəti illərdə indidən görülmüş hazırlıqlarla bağlı, yəni, yeni 37 min tut tinglərinin əkilməsi, köhnə tut ağaclarının budanması, calaq edilməsi və 125 kümçü ilə bağlanmış müqavilə nəticəsində yüksək məhsul əldə edilməsi qarşıya məqsəd kimi qoyulmuşdur.
     Ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə taxıl əkinin inkişafına dair işlər də görülmüşdür.Belə ki, 17 min ha dan artıq sahədə taxıl əkilmiş və bol məhsul əldə edilmişdir. Bu da respublika rayonları arasında yüksək göstərici  deməkdir.
     Imişli rayon İcra Hakimiyyətinin başçısı V.Hacıyev İmişli rayonunda fındıqçılığın və tütünçülüyün inkişafına da yer verilməsinə və təcrübə üçün Beyləqan və İmişli rayonları arasdında yerləşən İmişli ərazisində fındıq əkininə başlanmasını tövsiyə etdi.
     Tütünçülüyün inkişafı ilə bağlı isə Qaraqaşlı kəndi ərazisində ilkin olaraq  əkilmiş   40 ha tütün sahəsindən əldən olunan gəliri əsas götürərək, gələcəkdə bu sahəni də inkişaf etdirərək bu ərazilərdə tütün qurutma məntəqələri inşa etmək və tütünə ayrılacaq əraziləri genişləndirmək nəzərdə tutulmuşdur.
     İmişli rayon İcra Hakimiyyəti başçısından  sonra tədbirdə çıxış edən natiqlər də ümumrespublika  müşavirəsində  verilmiş tapşırıqlara müəyyən çətinliklər olmasına baxmayaraq yorulmadan və əzmlə əməl edəcəklərinə söz verdilər.