Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmişlidə Milli Qurtuluş günü qeyd olunub

13.06.2017

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev ulu öndərin xalqımız qarışısındakı xidmətlərindən danışıb.

Bu gün İmişli rayon Heydər Əliyev Mərkəzində “15 iyun Milli qurtuluş günü” münasibəti ilə geniş tərkibli tədbir keçirildi.Tədbir öncəsi Ulu öndərin abidəsi ziyarət edilərək abidə önünüə təzə-tər gül dəstələri qoyulmuşdur. Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri İmişli rayon İcra Hakimiyyətinin başçısı açıq elan edərək dövlətimizin bu günkü müstəqil, güclü dövlətə çevrilməsində ümummilli liderimiz Heydər Əliyevin danılmaz əməyindən, uzaqgörən siyasətindən danışdı. O, bildirdi ki, 1991-ci ildə müstəqilliyimiz elan edildikdən sonra bir-birinin ardınca gələn dövlət başçılarının yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü təhlükə qarşısında qalmışdı.Xalq birmənalı şəkildə Heydər Əliyevin respublikaya rəhbərlik etməsini tələb edirdi. O vaxt hakimiyyətdə olan AXC partiyasının liderləri xalqın haqlı tələbini anlayaraq öz əlləri ilə hakimiyyəti dahi insan, böyük siyasətçi Heydər Əliyevə təhvil verdilər.Heydər Əliyev hakimiyyətə gələn kimi dövlətin daxilində olan çəkişmələri dayandırmaq və atəşkəsin əldə olunmasına nail olaraq dövlətin güclənməsi, iqtisadiyyatın yüksəlməsi yönümündə gərgin fəaliyyətə başladı.Heydər Əliyevin bu fəaliyyəti nəticəsində daxili və xarici siyasi sabitlik əldə edilərək iqtisadiyyatımız yüksələn xəttlə inkişaf etməyə başladı.Bunun sayəsində bu gün regionda ən güclü orduya, ən güclü dövlətə sahibik.Ordumuzun gücü və qüdrəti aprel döyüşlərində özünü sübut etdi.

            Bu gün Heydər Əliyev kursunun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyev dövlətimizin inkişafı və çiçəklənməsi yolunda yorulmaz fəaliyyət göstərir.

            Daha sonra çıxış edən natiqlər Yasəmən Şirinova, Rabil Şıxəliyev, Əldursun İsayev bu günkü güclü, qüdrətli Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətə rəhbərliyi dövrünün müxtəlif tarixi məqamlarından söhbət açaraq Ulu Öndərin Azərbaycan Respublikası var olduqca xalqın qəlbində və ruhunda yaşayacağını söylədilər.

            Tədbir Dövlət Himninin səslənməsi ilə başa çatdı.