Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“2017-ci ilin birinci yarımili ərzində Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr ” barədə Rayon İcra Hakimiyyəti başçısının H E S A B A T I

17.07.2017


Müasir Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Azərbaycanda 2017-ci ilin birinci yarımilində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazasının  yaradılması istiqamətində islahatlar davam etdirilmiş, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün daha əlverişli imkan yaradılmış, bazar institutlarının formalaşması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Milli inkişaf siyasətinin uğurla davam etdirilməsinin nəticəsi kimi, qətiyyətlə və uğurla həyata keçirilən davamlı, düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı ötən dövr ərzində də öz dinamik inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların daha da inkişafı sürətlənmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmış, milli mənafelərə və sosial rifaha xidmət edən özünəməxsus milli iqtisadi inkişaf modeli ilə mühüm uğurlar əldə edərək  Cənubi Qafqazda lider ölkə statusunu qorumuşdır.
2017-ci ilin birinci yarısında qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Bu gün dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində  dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin aparıcı qüvvəsinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Möhtərəm dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir.
Dünya maliyyə bazarlarındakı çətinliklər önündə ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.
Azərbaycan xalqının Ümüummilli  Lideri Heydər Əliyevin milli dövlətçilik kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqəsdyönlü siyasətin uğurları sayəsində Azərbaycan iqdisadiyyatı artım dinamikasını və sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində geçəkləşdirilən antiböhran siyasəti iqtisadi sabitliyin qorunmasına müvafiq imkanlar yaratmışdır. Dövlət başçısının fəaliyyətinin başlıca şərti ölkəmizin tərəqqisinə və əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına nail olmaq, ölkənin strateji inkişaf modelinin mühüm bir elementi olan regionların sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”larının həyata keçirilməsini təmin etməkdir. Bu, cənab Prezidentin regionlara böyük diqqətinin göstəricisi olmaqla yanaşı, həm də bölgələrdə sosial-iqtisadi infrastrukturun inkişafına, əhalinin məşğulluğunun artırılmasına, bölgələrdə tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına xidmət etmişdir. Qloballaşan dünyanın tələblərinə uyğun, yeni məzmun və keyfiyyətdə düzgün siyasi–iqtisadi istiqamətin uğurla davam etdirilməsi sayəsində sosial məsələlərin həllinə diqqət artırılmış, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılmaqla bərabər infrastruktur layihələr vaxtlı-vaxtında icra olunmuş, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində mühüm layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində müəyyən edilmiş siyasətə uyğun olaraq mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirilərək sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifah halının  daha da yaxşılaşması üçün zəruri tədbirlər görülmüşdür.
Bu gün qlobal məkanda təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və  cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə yadda qaldı. Müasir dünyada baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi, enerji amilinin yenə əhəmiyyətli rolu vardır. Amma maraqlı burasındadır ki, qlobal arenada oyun qaydalarının xeyli dərəcədə dəyişməsi enerji məsələlərinin bu proseslərə təsir formalarını da yeniləşdirib. Məzənnəsi təbii iqtisadi qanunauyğunluqlardan daha çox sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirilən neftin qiymətindəki məqsədli tərəddüdlər bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan dövlətə ciddi təzyiq vasitəsinə çevrilmişdir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə əsaslandırılsa da, başlıca səbəbləri böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur. Bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, hakimiyyət neftin ucuzlaşması ilə bağlı yaranmış durumu Azərbaycan iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirir. Əlbəttə, burada mühüm amil kimi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərə alınmalıdır. Vaxtilə belə qərar qəbul olunmasaydı, enerji resurslarından əldə olunan gəlirlərin bir qismi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilməsəydi vəziyyət həqiqətən də acınacaqlı ola bilərdi.Bu, Azərbaycan Prezidentinin uzaqgörənliyini, dünyada gedən prosesləri düzgün qiymətləndirdiyini və ölkəni, cəmiyyətimizi qlobal təhdidlərdən etibarlı şəkildə qorumaq üçün vaxtında lazımi tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir. Bu uğurların əsasında isə cənab Prezident İlham Əliyevin Ulu Öndərin strateji kursunu uğurla davam etdirməsi dayanır və həyata keçirilən siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları birləşdirir.   
Ölkəmizin bütün dünyada baş verən qlobal böhrandan kəskin şəkildə təsirlənməməsi, siyasi çaxnaşma və təlatümlərdən uzaq durması birinci növbədə ölkəmizin müdrik şəkildə, uzaqgörənliklə və düzgün strateji yol izləməklə idarə olunması ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş və dahiyanə şəkildə hazırlanmış siyasi kursun bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafındakı dayanıqlılığın başlıca səbəbidir. Ölkəmizin rəqabətədavamlı inkişafının təmin edilməsində qeyri-neft sektorunu vacib amil kimi önə çəkən dövlət başçımızın bu məqsədlə apardığı islahatlar, iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirib. Keçən dövr ərzində həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş ölkə kimi tanınan Azərbaycanın nüfuzu daha da artmışdır. Cənab Prezident tərəfindən aparılan uğurlu, məqsədyönlü siyasət əvvəlki kimi ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, enerji, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına imkan verməklə yanaşı, əhalinin etibarlı sosial müdafiəsinin təminatına, maddi rifah halının nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə gətirib çıxarmışdır. Əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün zəruri tədbirlər gerçəkləşdirilmiş, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda ölkə həyatının bütün sahələrində olduğu kimi, qeyd olunan sahədə də özünü göstərən sürətli islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafına geniş imkanlar yaratmış, əldə olunmuş nailiyyətlərin miqyası əhəmiyyətli dərəcədə genişlənmişdir.
Ötən illərdə olduğu kimi, hesabat dövrü ərzində iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi davam etdirilmiş, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin sosial-rifah halının yüksəlməsi təmin edilmişdir. Bu davamlı inkişaf, Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının bu müddət ərzində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla,uğurla davam etdirilməsi, qətiyyətli və gərgin əməyi  sayəsində mümkün olmuşdur. Dövlət başçısının həyata keçirdiyi sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, paralel olaraq sosial müdafiə məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsi kimi mühüm addımlardan ibarətdir. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi iqtisadiyyatın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycan  enerji təminatı sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmiş, neft-qaz layihələri və neft-qaz kəmərlərinin çəkilməsi nəticəsində bu gün ölkəmiz dünya miqyasında çox önəmli karbohidrogen ehtiyatları hasil və ixrac edən ölkə statusu qazanmışdır. Məhz bu müdrik siyasətin nəticəsində dünyada davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan dövlətinin operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlılıq nümayiş etdirmiş, sabit tendensiyalarla müşayiət edilən dinamik inkişafımız davam etmiş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilmişdir. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Hesabat dövründə ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənmiş, milli təhlükəsizlik və sabitlik təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmışdır. Müasir gərgin şəraitdə təbii ki, hər bir ölkənin ilk növbədə daxili resurslara arxalanması, öz təhlükəsizliyini daha da möhkəmləndirməsi əsas problem kimi aydın görünür. Dünyada yaşanan maliyyə və iqtisadi böhran iqtisadi modeldə müəyyən düzəlişlərin aparılmasını mühüm tələb kimi qarşıya qoyur. Azərbaycan da bu yolla gedir və düşünülmüş siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil siyasət yürüdür. Ölkədəki sosial-iqtisadi inkişaf və dünya bazarında müvəffəqiyyətlə təmsil olunmağı beynəlxalq birliyin daim nəzərindədir və ölkənin beynəlxlaq iqtisadiyyatda və siyasətdə əhəmiyyəti durmadan artır.
2017-ci ilin birinci yarımili ərzində sosial-iqtisadi inkişaf tempi baxımından beynəlxalq miqyasda nümunəvi ölkələrdən biri olmaq kimi möhtəşəm nailiyyətlərə imza atmağı bacarmış Azərbaycanı xarakterizə edən mühüm cəhətlərdən biri məhz ölkəmizdə yüksək səmərəli sosialyönümlü siyasətin həyata keçirilməsidir. Qloballaşma dövründə əhalinin sosial rifah halının yaxşılaşdırılması inkişafın əsas əlaməti hesab olunur. Sosial rifahın davamlı yüksəlişinin təmin edilməsində isə cəmiyyətin mövcud əmək potensialı və resurslarının səmərəli şəkildə reallaşması, buna hesablanmış məqsədyönlü siyasətin həyata keçirilməsi, əldə olunan gəlirlərin ədalətlilik prinsipi əsasında bölüşdürülməsi kimi faktorlar mühüm rol oynayır. Bu gün öz iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət olaraq, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qeyd olunan istiqamət üzrə dəqiq düşünülmüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda, ölkə və cəmiyyət reallıqlarını nəzərə alan mükəmməl siyasət həyata keçirilir. Bu siyasət bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə ehtiva edir. Ötən dövrdə dünyada sabitlik və təhlükəsizlik məsələlərinin mühüm önəm daşıdığı məqamda regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifah halının yaxşılaşdırmasını nisbətən  çətinləşdirir. Dünyanın bu və ya digər bölgəsində yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi böhranlardan insanların əziyyət çəkdikləri bir dövrdə, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, insan amiliin dayandığı müharibə şəraitində olan dövlətimiz dünya ölkələrinə nümunə göstərilə bilər.
2017-ci il iyulun 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, hesabat dövründə düşünülmüş siyasət və iqtisadi sahədə aparılan islahatlar sayəsində qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Əfsuslar olsun ki, 2017-ci ildə dünyada həm bizim bölgəmizdə, həm də dünyada narahatedici məqamlar kifayət qədər çoxalmış, çox təhlükəli meyllərin daha da güclənməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmiş, xalq-iqtidar birliyinin nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmişdir. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və gücünün sürətlə artması müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizin gəlirlərinə mənfi təsir göstərməsinə baxmayaraq bu ilin birinci yarımili ərzində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sənayesi 4.4 faiz artmışdır.
Ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyllərinin, enerji bazarında ötən illlərdə başlamış və bu gün də davam edən qiymətlərin kəskin enməsinin mənfi təsirinin qarşısının alınmasında cənab Prezidentin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malik olmuşdur. Dünyada baş verən maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün Azərbaycan dövləti qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlamağı bacarmışdır. Cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də Azərbaycanın valyuta ehtiyatlarını qorumaqdan ibarət idi. Qlobal maliyyə böhranının təsirinə və neftin qiymətinin enməsinə baxmayaraq, bu çətin vəzifənin öhdəsindən də layiqincə gəlmək mümkün oldu. Bu da Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın valyuta ehtiyatlarının şaxələndirilməsi istiqamətində əvvəlki illərdə atılmış addımlarla bağlıdır.  Birinci yarımildə bizim valyuta ehtiyatlarımız 3 milyard dollar səviyyəsində artaraq 40.6 milyard dollar təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü, qətiyyətli siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində ötən dövr də ölkə həyatının bütün sahələrinin ahəngdar inkişafı ilə müşayiət olunmuşdur. Dünyada baş verən sosial-iqtisadi böhran səbəbindən bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalmasına baxmayaraq bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulmuşdur ki, bu sərmayənin böyük hissəsi xarici sərmayədir.
İdxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalın stimullaşdırılması, biznes qurumlarına çox gözəl şərait yaradılması və digər tədbirlərə dövlət investisiyaları qoyulması bizim iqtisadi sabitliyimizi təmin etmişdir. Bu ilin altı ayı ərzində ölkədə xarici ticarət dövriyyəsi 36 faiz artmışdır ki, bu da çox yaxşı göstəricidir. Ən önəmlisi və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız 27 faiz artmış, idxal isə 15 faiz azalmışdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir və hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir.
 Azərbaycan bu gün qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir ki, bu da ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmiş, təsdiq edilmiş strateji yol xəritələrində cari, orta və uzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmiş, xüsusilə sahibkarlara geniş dəstək verilərək iqtisadi islahatlar davam etdirilmişdir. Həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı,  birbaşa  xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi  çəkisi  yüksək  olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir. İqtisadi sahədə yerli sahibkarların Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı, sənaye və xidmət sektoruna daha çox investisiya yatırmasının stimullaşdırılması, əlavə istehsal sahələrinin   yaradılması   diqqət  mərkəzində  saxlanılmışdır. Gömrük  rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaflaşdırılması, nağdsız ödəmələrin genişləndirilməsi,    şirkətlərin    nağdsız     əməliyyatlar     aparması     stimullaşdırılmışdır.
 İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində ciddi addımlar atılması, bu sektorun böyük potensialından səmərəli istifadə edilməsi zərurətini yaratmışdır. Bu mərhələni cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti, iqtisadi islahatları sayəsində  əldə etmək  mümkün olmuşdur. Hazırda  bu  yüksək  templəri  növbəti illərdə də saxlamaq və iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı etmək üçün bütün addımlar atılır.
Azərbaycanın dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər   bir vətəndaşın maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Keçən dövr ərzində Azərbaycan dövləti dünya ölkələrini cənginə alan maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlamağı bacarmışdır. Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir etmişdir. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra da görüləcək işlər, institusional islahatlar və səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində Azərbaycan bu vəziyyətdən də şərəflə çıxaraq, iqtisadi inkişaf tempi təmin edilmişdir. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə  xidmət  edən iqtisadi  siyasət  ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də diqqətdən qaçırmır. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Ötən dövrdə sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və müasir texnologiyalara  əsaslanmaqla  yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial  infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı ilə əlamətdar olmuşdur. Hesabat dövrü ərzində sosial infrastruktur layihələri icra edilmiş, əhalinin su, qaz, elektrik enerjisi  və  istiliklə  təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, yolların salınması işləri  davam etdirilmiş, sosial infrastruktur obyektlərinin tikintisi aparılmış və hal-hazırda da bu davam etdirilir. Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmiş, 20-dən  çox modul tipli məktəb tikililib istifadəyə verilmiş, ilin sonuna qədər isə onların sayı 100-ə çatdırılacaqıdır. Sosial proqramlardan biri də əhalinin tibbi müayinədən keçmə layihəsidir ki, bu tədbir zamanı beş milyon insan tibbi müayinədən pulsuz keçmişdir.
Həmçinin  turizm  sektorunun  inkişafı üçün sonsuz imkanlara malik Azərbaycanın son illərdə paytaxt və bölgələrdəki şəhərləri dünyanın ən müasir, dinc və sakit yaşayış məskənləri kimi turistləri cəlb edir. Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdırsa, bu ilin birinci yarısında artıq 25 faiz artım olmuşdur. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Bu artıma səbəb isə zəruri infrastrukturun yaradılması və cənab Prezidentin göstərişi ilə “ASAN viza” sisteminin  tətbiqidir. Müasir  dünya  turizminin  təcrübəsindən ciddi faydalanmaq, yenilikləri tətbiq etmək, yerli və xarici sərmayənin cəlb edilməsi ölkənin digər məqbul zonalarında da turizmin inkişafına təkan verəcəkdir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla  yanaşı, ölkə  iqtisadiyyatının  davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malik olmaqla bərabər Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir. Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə  görə  lider  mövqedə qərar  tutan Azərbaycan üçün xarakterik  xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Ölkə Prezidenti iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsini  dövlət  siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib. Keçən dövr ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütün bölgələrin hərtərəfli  və  tarazlı inkişafı sahəsində başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Dünyada baş verən məlum kataklizmlərin fonunda Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq nümayiş etdirməsi, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə siyasəti və qeyri-neft sektorunun  inkişafının  təmin edilməsi ilə bağlıdır. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan tarazlaşdırılmış siyasətin, regional və qlobal enerji layihələrinin gerçəkləşdirilməsi, inkişaf etmiş ölkələrlə bərabər səviyyəli əməkdaşlıq, iqtisadi inkişaf tempinin uğurla davam etdirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət göstərməklə bərabər daha firavan gələcəyini də təmin edir. Son illərdə Azərbaycan iqtisadiyyatının potensialının artmasında qeyri-neft sektorunun davamlı olaraq inkişaf etməsi mühüm rol oynayıb. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, həmçinin, dövlət başçısının təşəbbüsü ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi  sayəsində  neft  gəlirlərindən  məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirilmişdir. Beləliklə, qeyri-neft sektorunun inkişafına hərtərəfli qayğı göstərilməsi sayəsində qeyri-neft iqtisadiyyatımız  birinci yarımildə 1,7 faiz  artmışdır. Qeyri-neft  sektorunun  inkişafı bizim prioritetimizdir. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim edilmiş layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət  öz  tərəfindən lazım olan bütün infrastruktur layihələrini icra edir. Mingəçevir Sənaye Parkında  9 zavod  tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirik ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Əminik ki, bütün rayonlarımızda cənab Prezidentin tapşırığına uyğun olaraq tezliklə sənaye zonaları yaradılacaqdır.
Artıq dünyada cərəyan edən prosesləri qabaqlayan, neftin qiymətində müşahidə edilən tərəddüdləri aradan qaldırmağa yönəlik addımlar atan və bütün bunların kontekstində hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya  qoyan  hökumət fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmayıb, zəruri olan bütün sahələrdə kompleks islahatlar aparır və müxtəlif istiqamətlərdə  infrastruktur  layihələrinin  gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir. Təbii ki, düşünülmüş, uzaqgörən siyasət olmadan iqtisadi sahədə, eləcə də  güclü iqtisadi dayaqlar  olmadan siyasi sahədə ciddi müvəffəqiyyətlər əldə etmək qeyri-mümkündür. Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır. Bununla yanaşı, möhtərəm cənab Prezident tərəfindən aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər, nəqliyyat-tranzit potensialının reallaşdırılması qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı olaraq yüksəlməsini təmin etmişdir.    
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Həmçinin sahibkarlığın inkişafı istiqamətində görülən əsas tədbirlər sırasında biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması, sağlam rəqabət mühitinin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin  gücləndirilməsi, onların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi kimi prioritet məsələlər mühüm yer tutmuşdur. Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir. Daxili istehsalın stimullaşdırılması, korrupsiya, qiymətlərin süni şəkildə qaldırılması və digər bu kimi hallara qarşı mübarizənin gücləndirilməsi, sahibkarların fəaliyyətinə hərtərəfli dəstək, həmçinin bəzi şəxslərin mövcud situasiyadan öz mənafeyi naminə sui-istifadə cəhdlərinin qarşısının alınması, müvafiq dövlət orqanlarının bu prosesi ciddi nəzarətə götürməsi kimi tədbirlər məqsədyönlü şəkildə davam etdirilmişdir. Ölkədə sənaye istehsalının gücləndirilməsi, aqro və texnoparkların, bütün regionlarda sənaye zonalarının yaradılması artıq zərurətə çevrilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması bütünlükdə sahibkarlığın inkişafına yeni təkan rolunu oynamalıdır. Bununla yanaşı, sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdiriləcək, iş adamlarına güzəştli kreditlərin verilməsi diqqət mərkəzində olacaqdır.
Ötən dövrdə ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində  nəzərdə tutulan tədbirlər  uğurla həyata keçirilmiş, sahibkarlığın inkişafının  və biznes mühitinin daha da yaxşılaşdırılması yönündə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Hesabat dövrü ərzində ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması nəicəsində kənd təsərrüfatının istehsalı 2.2 faiz artmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair “Dövlət Proqramı”nın icrası, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam  etdirilmişdir. Keçən dövrdə də aqrar sektorda dövlət dəstəyi tədbirləri ardıcıl xarakter daşımış, istehsalçılara əlavə güzəştlər tətbiq edilmişdir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir komplekslərin, yeni təsərrüfatların, logistik mərkəzlərin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına səbəb olub. Son illərdə aqrar sektorda reallaşdırılan nəhəng tutumlu investisiya layihələri, həyata keçirilən geniş-miqyaslı islahatlar daha yeni məqsədlərə köklənməyə imkan verir. İqtisadiyyatın ixrac qabiliyyətinin artırılması, keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ənənəvi bazarlarda mövqeyin gücləndirilməsi, yeni bazarların müəyyənləşdirilməsi azalan neft gəlirlərinin bir qismini bərpa etməyə imkan verəcəkdir. Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir və bu günə qədər dövlətin təşəbbüsü  və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi isə 38 böyük aqropark yaradılır.  Ppambıqçılığın şöhrətini bərpa edilməsi səbəbindən  artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Yəni əkin sahələri təqribən 3 dəfə artırmışdır. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilər. Amma hər halda biz artıq pambıqçılıqda çox ciddi dönüş yarada bildik. Pambıq həm gözəl ixrac məhsuludur, dünya birjalarında satılır, eyni zamanda, Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün də resurs bazasıdır. Dövlətin biavasitə dəstəyi sayəsində  keçən ildən baramaçılıqla çox ciddi məşğul olmağa başlanıldı. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdisə, artıq keçən il 70 ton barama, bu il isə 244 ton yaş barama tədarük edildi. Yəni, keçən ilə nisbətən 3,4 dəfə artım var. Otuz rayonda baramaçılıq inkişaf edir və 739 kənddə insanlar baramaçılıqla məşğul olurlar. Şəki ipək kombinatı indi daha böyük həcmlə işləyir. Əkilən tut tingləri və apardılan siyasət əminik ki, yaxın gələcəkdə ona gətirib çıxaracaq ki, Azərbaycanda 1000 tondan çox barama tədarük ediləcək. Kənd təsərrüfatı məhsullarının arasında bizə ən çox gəlir gətirən sahə fındıqçılığın, zeytun bağlarının artırılması diqqət mərkəzindədir. Cənub zonasında çayçılığın və çəltikçiliyin bərpası istiqamətində işlər gedir. Bununla bərabər, demək olar ki, təqribən böyük hissəsi itirilmiş tütünçülüyü də bərpa edirik. On üç rayonda tütünçülüklə məşğul olurlar. Keçən ilə nisbətən tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb. İndi 3200 hektarda tütün becərilir. Heyvandarlığın inkişafı bizə imkan verəcək ki, özümüzü süd məhsulları ilə, ətlə tam təmin edək. Biz o rəqəmlərə yaxınlaşırıq. Ancaq heyvandarlığın müasir texnologiyalar əsasında, iribuynuzlu mal-qaranın qapalı şəraitdə yetişdirilməsi həm torpaqlara qənaət edəcək, həm də ki, nəticələr daha yaxşı olacaq. Əlbəttə, cins mal-qaranın alınması və eyni zamanda, süni mayalanma mərkəzinin yaradılması burada dönüşə gətirib çıxaracaq. Heyvandarlıq iki faizdən çox artıb. Onu da qeyd edək ki, yaradılan 38 aqroparkın içində, o cümlədən heyvandarlıq kompleksləri də var.
Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsində iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Müasir Azərbaycanın dinamik inkişafı kontekstində müstəqilliyimizi gücləndirən mühüm amillərdən biri də həyata keçirilən uğurlu sosial siyasət kursudur. Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Ümumiyyətlə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Beləliklə, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu, Azərbaycanın milli inkişafı kontekstində müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Hesabat dövrü olan birinci yarımildə 122 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 101 mini daimi iş yeridir. Eyni zamanda qeyd etmək lazımdır ki, 24 min iş yeri bağlanmışdır. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri vardır və bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, həmçinin özəl sektorda da davam edir.
Son illər dünyanın ən sabit və dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilən Azərbaycan hazırda müstəqil siyasi-iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Məqsədyönlü dövlət siyasətinin əsas tərkib hissələrindən biri kimi ölkəmizin yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında əsas tərəfdaşlardan birinə çevrilmişdir. Ardıcıl tərəqqi yolunda olan milli iqtisadiyyatımızın digər sahələri kimi, yanacaq-energetika kompleksi də inkişaf edir, onun müasir tələblərə uyğun yenidən qurulması üçün aparılan genişmiqyaslı islahatlar öz bəhrəsini verir və bu sahə ölkəmizin sosial-iqtisadi həyatına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, ümumilikdə ölkəmizin tərəqqisinə öz töhfələrini verir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Dövlət başçısının həyata keçirdiyi uğurlu neft strategiyası sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş xarici siyasət kursu, 2017-ci ilin əvvəlindən bir-birinin ardınca  müxtəlif ölkələrə rəsmi səfərləri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi çoxvektorlu, balanslı və tarazlaşdırılmış xarici siyasət kursunun sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına uyğun olaraq uğurlu davamından xəbər verir. Daxili siyasətin və ölkəmizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi və davamı olan xarici siyasət fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri, qarşlıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq və şəffaflıq prinsipləri əsasında yürüdülmüş, Azərbaycanın suveren, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə  xidmət etmişdir. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edərək öz mövqeyini müdafiə etmiş və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini vermişdir. Azərbaycanın getdikcə yüksələn reytinqi bir daha təsdiqləyir ki,  xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu siyasi kurs  respublikamızın ikitərəfli formatda ayrı-ayrı dövlətlərlə yüksək səviyyədə qarşılıqlı münasibətləri ilə yanaşı, beynəlxalq təşkilatlarda da mövqelərimizi gücləndirir. Son zamanlar regionda, bütövlükdə dünyada baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan dövləti belə bir mürəkkəb tarixi şəraitdə də həmişə olduğu kimi, milli maraqlardan irəli gələn xarici siyasət yürüdür. Möhtərəm cənab Prezident İlham Əliyev bu ilin altı ayı ərzində beş Avropa və beş müsəlman ölkəsi olmaqla 10 xarici ölkəyə səfər etmişdir ki, bu səfərlərin də çox böyük əhəmiyyəti var. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, cənab Prezidentin Avropa Komissiyasına çox uğurlu səfəri olmuş, Fransa və Polşaya rəsmi səfərlər etmişdir. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə möhtərəm Prezidentin səfərləri sayəsində  Azərbaycan bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir ki, bu da çox gözəl göstəricidir.
Həmçinin birinci yarımildə Azərbaycanda dünyanın 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçılarının iştirak etdiyi, dünya miqyasında önəmli beynəlxalq tədbirlər sırasına daxil edilmiş V Qlobal Forum keçirilmişdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilmişdir.
Bu il bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl ilk dəfə keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etmişdir. Forumda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar əlbəttə ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə öz töhfəsini verməkdədir.
Eyni zamanda Bakıda qlobal bir tədbir olan IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tuta bilmişdir. Bu da bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycan Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerdədir. O ki qaldı, Olimpiya Oyunlarına, son Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında on dördüncü ölkə idi.
O cümlədən dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biri - 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilmişdir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Trampın Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyevə ünvanlanan məktubu əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır,bir daha bizim strateji əlaqələrimizi təsdiqləyir və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur.
Möhtərəm dövlət başçısı xarici səfərlər zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığı irəli aparmaq üçün ardıcıl səylər göstərmiş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə təşəbbüslər irəli sürmüş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin dünya liderləri ilə apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələrini daim diqqətə çatdırmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyini vurğulamışdır. Digər tərəfdən, xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə edilmiş, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının yürütdüyü xarici siyasətin aparıcı istiqamətlərindən biri qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Son zamanlar istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Cənubi Qafqaz regionunun lider ölkəsi, müasir beynəlxalq münasibətlərin güclü və nüfuzlu faktoru olan Azərbaycan özünün səmərəli xarici siyasət kursu ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. İkitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verən ölkəmiz, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr bəxş edir. Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri və nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, keçirdiyi görüşlər ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın artırılması ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də mühüm rol oynayır.
Cari ilin birinci yarısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisəni xüsusilə qeyd etmək lazımdır. Birincisi, Dağlıq Qarabağda keçirilən qondarma “referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Çünki bütün qonşu və Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı dərhal bu “referendum”u pislədilər. Bəyan etdilər ki, bu “referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Əlbəttə ki, bütün beynəlxalq aləm bu “referendum”u qəbul etməməklə bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldular.
Biz yaxın tarixdən yaxşı bilirik ki, Ermənistan həmişə çalışır ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da o vaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi. 2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır.
O vaxtdan bu günə qədər danışıqlar aparılmırdı və Ermənistana təzyiq artırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini büt&