Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Füzuli rayonunda 16 mart 2017 – ci il tarixində Novruz təranələri adlı tədbir keçirildi.

16.03.2017

Füzuli rayon Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin kollektivi,16 mart 2017 cı il tarixdə Horadiz şəhər mugam mərkəzində  ,musiqi məktəblərinin və rayon ictimaiyyətinin qarşısında  NOVRUZ TƏRANƏLƏRİ adLI geniş konsert proqramı ilə çıxış etmişdir.

Konsertdə  məktəbin məzunları olan Azərbaycan Milli konservatoriyasının I kurs tələbələri və məktəbin şagirdləri  gözəl ifa nümayiş etdirmişlər.

Məktəbin Fortepiano ixtisası üzrə VII sinif şagirdi Fidan Səfərlinin ifasında Vaqif Mustafazadənin MART, Tar ixtisası üzrə V sinif şagirdi Çingiz Bəylərovun ifasında Hacı Xanməmmədovun II konserti, xanəndəlik ixtisası üzrə I sinif şagirdi Asif Yusifovun ifasında səslənən  Qarabağ Şikəstəsi, Sazda II sinif şagirdi Tural Həsənovun ifasında səslənən RUHANİ ,Tarda  Rəhilə Məhərrəmovanın və kamançada Aytən Balaşovanın ifasında səslənən Novruz Təranələri adlı kompozisiya konsertə xüsusilə rəngarənglik verərək, tamaşaçılarda  əsil Bayram əhval ruhiyyəsi yaratmışdır.

 

 

578.6 KB

 

517.2 KB

 

496.7 KB