Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Füzuli rayonunda Bəhram Nəsibovun 75 illiyi ilə əlaqədar ”Ayrılıq” adlı xatirə gecəsi keçirilmişdir.

11.11.2017

11 noyabr 2017 – ci il tarixdə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədovun təşəbbüsü ilə  Füzuli rayonu üzrə  nümayəndəliyi tərəfindən Horadiz şəhər Muğam Mərkəzində sevilən bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun 75 illiyinə həsr olunmuş “Ayrılıq” adlı  xatirə gecəsi keçirilmişdir.

Tədbirə gələn qonaqların asudə vaxtını səmərəli keçirməsi  üçün tədbir ərəfəsində - saat 11:30 – da Muğam Mərkəzinin qarşısından başlayaraq bu il şəhər statusu almasının 10 illiyi qeyd olunan Horadiz şəhəri və ətraf  kəndlərin, Ulu Öndər Heydər Əliyev adına Mərkəzin, Tarix- diyarşünaslıq muzeyinin, tarixi – memarlıq abidələrinin (Babı türbəsi, Arğalı türbəsi və s.) ekskursiyası təşkil edildi. Ekskursiyaya tanınmış tarixçi – tədqiqatçı Nazim Tapdıq oğlu Vəlişov bələdçilik edirdi.Təşkil edilmiş gəzinti – ekskursiya peşəkar fotoqraf tərəfindən kameraya alınmışdır. Gəzintinin sonunda Muğam Mərkəzinin foyesində Cofe time təşkil edilmişdir.

Tədbirdə Təşkilat Nəsirov , Fariz Abbasov ,əməkdar artist Nizami Abdullayev və başqa ifaçılar öz ifaları ilə çıxış etdilər. İfaçıları Bəhram Nəsibov adına “Şahnaz” instrumental ansamblı müşayiət edirdi. Dəvət olunmuş digər qonaqlar da  Bəhram Nəsibovla bağlı xatirələrini bölüşüb, musiqi nömrələri ilə çıxış etdilər.

Tədbir rayon ictimaiyyətinin çox böyük marağına səbəb olmuş, ümumilikdə 320 nəfərdən artıq adam iştirak etmişdir. İctimai televiziya vasitəsi ilə də işıqlandırılmışdır.

 

85.5 KB

 

132 KB

 

109 KB