Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Füzuli rayonunda Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilmişdir.

18.09.2017

18 sentyabr 2017 – ci il tarixdə Milli musiqi günü ilə əlaqədar olaraq Horadiz şəhər Muğam Mərkəzində “Musiqi ruhun qidasıdır” adlı ədəbi – bədii kompozisiya keçirilmişdir.

       Tədbiri giriş sözü ilə Rayon Mədəniyyət evinin direktoru Elşad Cəfərov açdı. Azərbaycan musiqisindən , Üzeyir Hacıbəyov başda olmaqla bəstəkarlardan, dirijorlardan, musiqişünaslardan söz açdı.

       Tədbirdə  Rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi Üzeyir Hacıbəylinin klassik əsərlərinə ( “sevgili canan”, “sənsiz” və s.) müraciət edib.  Xalq teatrının üzvləri  tərəfindən “ O olmasın bu olsun”  və “Arşın mal alan” filmindən fraqmentlər səhnələşdirilərək  nümayiş etdirilib.

       Tədbirdə Rayon ərazisində fəaliyyət göstərən Mədəniyyət müəssisələrinin işçiləri, Uşaq Musiqi Məktəblərinin müəllim və şagird kollektivi, kitabxana işçiləri də daxil olmaqla 300 nəfər iştirak edib.

 

101 KB

 

98.7 KB

 

105.1 KB