Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Füzuli rayonunda Tofiq Quliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Könül nəğmələri” adlı konsert təşkil olundu.

24.05.2017

24 may 2017-ci tarixdə Horadiz şəhər Muğam mərkəzində Füzuli rayon Horadiz şəhər uşaq musiqi məktəbi  görkəmli  bəstəkar, Azərbaycan estrada musiqisinin banilərindən biri,respublikanın xalq artisti Tofiq Quliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar"Könül nəğmələri" adlı konsert  tədbiri keçirilmişdir.Tədbir iştirakşılarına və qonaqlara Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilmışdir.

 Qeyd olunmuşdurki,T.Quliyev xalqımızın hər zaman sevdiyi, mahnıları bu gündə sevilə-sevilə ifa edilən sənətkarlarımızdandır.Bəstəkar Azərbaycan müasir estrada və caz musiqisinin əsasını qoyanlardan biri olmaqla yanaşı həm də pianoşu,drijor bir çox simfonik əsərlərin ,kantataların pyeslərin müəllifi olmuşdur.                                                              Tədbirdə məktəbin müəllimlərinin  və şagirdlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilmışdir.Bəstəkarın Ənvər Əlibəyli,Zeynal Cabbarzadə,Süleyman Rüstəm və başqa şairlərin sözlərinə"Bəxtiyar"Görüş" "Onu bağışlamaq olarmı" kinofilmlərinə yazdığı mahnılar səslənmişdir. 

Musiqi məktəbinin şagirdlərindən Sədi Məmmədzadə tarda,İlahə Hüzeynova və Ləman Yaqubova fortepianoda həmçinin məktəbin müəllimlərindən ibarət olan ansamblın solistlərindən Gülçöhrə İsayeva,Fəridə Səfərəliyeva,Ceyhun Quliyev,Şakir Nəsirov,Əsmayə Albəndzadə və konsertmeystr Xəyyam Cavadov və başqalarının ifalarl tədbir iştirakçılarının alqışları ilə qarşılanmışlar.

Tədbirdə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi cənab Elman Məmmədov və həmçinin Füzuli rayon işcra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər. Tədbirdə  ümumilikdə 320 nəfər iştirak edib.

Tədbir ictimai televiziya vasitəsilə işıqlandırılmış və ictimaiyyətə çatdırılmışdır.

 

100.6 KB

 

101.8 KB