Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaq Hüquqları aylığı çərçivəsində “Sehirli dünya” devizi ilə konsert təşkil edildi.

07.11.2017

7 noyabr 2017 – ci il tarixdə Horadiz şəhər Muğam Mərkəzində Uşaq Hüquqları aylığı çərçivəsində “Sehirli dünya ” devizi ilə konsert təşkil edildi. Konsertdə uşaqların sevimlisi Sehirli dünya jurnalının baş redaktoru Gülzar İbrahimova çıxış etdi.  Gülzar xanım jurnal ilə uşaqları tanış etdi və öz şeirlərindən oxudu. Gətirdiyi hədiyyələrlə uşaqları sevindirdi. Tədbirin bədii hissəsində Əhmədalılar kənd uşaq baxçasının uşaqları erməni vandalizminin qurbanı 2 yaşlı Zəhraya  həsr stdikləri səhnəciklə çıxış etdilər. Horadiz şəhər 1 nömrəli, 2 nömrəli tam orta məktəbin şagirdləri şeir nümunələri ilə, Uşaq Musiqi məktəbinin şagirdləri isə musiqi nömrələri ilə çıxış etdilər. Konsertdə ümumilikdə 250 nəfərdən artıq iştirakçı var idi.

 

133.6 KB

 

122.5 KB

 

135.3 KB