Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmirdə 12 dekabr 2017 – ci il tarixində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

12.12.2017

       Ümummilli Lider Heydər Əliyevin anım günü Kürdəmir rayonunda da qeyd edilib. Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə , müəssisə və  təşkilatlarının rəhbərləri, ağsaqqallar və ziyalılar,  veteranlar, gənclər, rayonun əmək kollektivlərinin üzvləri,  ictimaiyyət nümayəndələri və rayon sakinləri səhər saatlarından Heydər Əliyev parkına gələrək  Ulu Öndərin xatirəsinə ucaldılan  abidəsi önünə gül dəstələri düzüblər.
Sonra rayonun Heydər Əliyev Mərkəzinin akt zalında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan “Əbədiyaşar lider” mövzusunda konfrans keçirilib.
Konfrans “Dahi şəxsiyyət-Heydər Əliyev” filminin nümayiş etdirilməsi ilə başlayıb.
           Tədbirdə Kürdəmir Rih – nin Başçısı cənab Ceyhun Cəfərov “Əbədiyaşar lider” mövzusunda məruzə etmişdir.Tədbirdə rayonun mədəniyyət işçiləri də iştirak etmişlər.

 

866.4 KB

 

814.5 KB

 

959 KB