Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmişli rayonunda 12 dekabr 2017- ci il tarixində Ümummilli Liderimiz Heydər Əliyevin anım günü qeyd olundu.

12.12.2017

12 dekabr 2017- ci il tarixində Ümummilli Liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Heydər Əliyev parkında Ümumrayon anım mərasimi keçirilmişdir. Anım mərasimində Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin İmişli rayo-nu üzrə Mədəniyyət müəssisələrinin işçiləri də Ümummilli Liderimiz Heydər Əliyevin heykəli önünə tər qərənfillər və çiçəklər düzərək anım mərasimində iştirak etmişlər. Bundan başqa Mədəniyyət müəssisələrində anım günü ilə əlaqədar "Heydər Əliyev və zaman" adlı dəyirmi masalar , foto stendlər təşkil olunmuş , Mədəniyyət Mərkəzində Ümummilli Liderimiz Heydər Əliyev haqqında çəkilən "Ömür yolu" sənədli filmi və Heydər Əliyev Mərkəzində Ümummilli Lliderimizin keçdiyi həyat yolu haqqında qısa metrajlı sənədli film nümayiş etdirilmişdir.

 

2.6 MB

 

2.5 MB

 

2.2 MB