Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Mədəniyyət Mərkəzində Yeni il şənlikləri keçirilir.

29.12.2017

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il  bayramı  münasibəti ilə silsilə tədbirlər hazırlayıb.

          Regional İdarənin tabeliyində olan rayonların (Kürdəmir rayonu, Füzuli rayonu, İmişli rayonu, Beyləqan rayonu, Xocavənd rayonu) mədəni-maarif müəssisələrində  bayramlar münasibəti ilə tədbirlər kecirilir.

          Regional İdarəyə daxil olan rayonlarda yerləşən hərbi hissələrdə mədəniyyət müəssisələrinin işçiləri tərəfindən əsgər və zabitlər üçün konsert proqramı təşkil olunub.

            Həmrəylik rəmzi olaraq Füzuli rayonunun Horadiz şəhərində 5 rayonun müəssisə rəhbərləri üçün rayonda yerləşən mədəniyyət müəssisələrinə ekskursiyalar təşkil olunmuşdur. Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir.

             Kürdəmir rayonunda yerləşən reabilitasiya mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib. Təşkil olunan bayram uşaqlarda xoş ovqat yaratdı.

            Kürdəmir rayon Mədəniyyət Mərkəzində Yeni il şənlikləri keçirilir. Rayonda belə tədbirlərə təlabat çox olduğu üçün şənliklər 5 gün ərzində, gündə 2 seans olmaqla nəzərdə tutulub. Təbii ki əhali arasında böyük marağa səbəb olub. 

 

1.8 MB

 

1.5 MB

 

1.7 MB