Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Mərkəzi kitabxanasında rayon Mədəniyyət Mərkəzi ilə birgə 1990-cı il 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş “ Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi ” adlı dəyirmi masa təşkil edildi.

19.01.2018

        

18 yanvar  2017 – ci il tarixdə Kürdəmir rayon Mərkəzi kitabxanasında rayon Mədəniyyət Mərkəzi ilə birgə 1990-cı il 20 yanvar hadisələrinin 28-ci il dönümünə həsr  olunmuş “ Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi ” adlı  dəyirmi masa təşkil edildi. Tədbirdə rayon İHB-nin Humanitar məsələlər üzrə müavini Vəsilə xanım Əsgərli, Kürdəmir Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Elman Məmmədov, mədəniyyət işçiləri və oxucular iştirak edirdilər. Tədbiri MKS – nin direktor müavini İ.Mahmudova açaraq, 1990 – cı il 20 yanvar faciəsinin  Azərbaycan xalqının tarixinə qəhrəmanlıq  səhifəsi kimi  daxil olduğunu qeyd etdi. Sonra 20 yanvar şəhidləri başda olmaqla Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Tədbirdə  İHB-nin Humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Kürdəmir Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Elman Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, Mərkəzi kitabxananın əməkdaşları Xalidə Məmmədova və Ərəstun Sadıqov  çıxış edərək 20 yanvar hadisələrinin   Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktından və bu hadisələrin  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğundan söhbət açdılar. Onlar qeyd etdilər ki, Azərbaycan xalqı 1990-cı ilin yanvarında hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlıq və müstəqillik uğrunda canlarından keçməyə hazır olan övladlar yetişdirdiyini sübuta yetirdi.

Tədbirdə iştirakçılara 20 yanvar hadisələrinə həsr edilmiş video-çarx, 1№-  şəhər tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi kompozisiya, “20 yanvar azadlığa gedən yolun zirvəsi” adlı geniş kitab sərgisi  təqdim edildi. Tədbirdə təqdim edilən Sevinc Azayevanın Səməd Vurğunun  “Ananın öyüdü” şeiri,   Mərkəzi kitabxananın əməkdaşı Məryam Əliyevanın özünün yazdığı  “Qərənfil” adlı esse , rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Əhsən Qaybalıyevin  20 yanvar hadisələrinə həsr etdiyi “20 yanvar,  qanlı gecə ” adlı şeiri iştirakçılar tərəfindən maraqla qarşılandı.

 

2 MB

 

2 MB

 

2 MB