Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Seyid Şuşinskinin anadan olmasının 130 illiyi münasibəti ilə dəyirmi masa Regional İdarənin İmişli rayon musiqi məktəbində keçirildi.

01.05.2019

     29 aprel 2019-cu il tarixdə uşaq musiqi məktəbində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq Seyid Şuşinskinin anadan olmasının 130 illiyi münasibəti ilə dəyirmi masa keçirildi. Sənəm Məmmədli tədbiri açaraq Seyid Şuşinski haqqında məlumat verdi. O, qeyd etdi ki, geniş diapazonlu ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik olan sənətkar mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirmişdir. Baxış Babaşov Seyid Şuşinskinin müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirməsi haqqında məlumat verdi. Şəfəq Məmmədova öz çıxışında sənətkarın qədim muğam ənənələrinin layiqincə qoruyub yaşatdığı barədə danışdı. Seyid Şuşinskinin ifasında "Arazbarı "zərb muğamı dinlənildi. Məktəbin müəllimləri və şagirdləri görkəmli xanəndənin yaradıcılığına müraciyət edərək bir neçə xalq mahnılarını ifa etdilər. Çıxışlar alqışlarla qarşılandı.
 

 

728 KB

 

640.2 KB

 

868.6 KB