Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ilkə əlaqədar Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilmiş tədbir keçirilib.

01.05.2019

    27 aprel 2019-cu il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə səhiyyə, təhsil, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi  ziyarət olunaraq abidə önünə tər güllər qoyuldu.

 Heydər Əliyev Mərkəzində Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildikdən sonra tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova çıxışındaxalqımızın tarixində xüsusi yer tutan,  qayğıkeş ana, sadiq həyat yoldaşı, tanınmış həkim, görkəmli alim, pedaqoq və ictimai xadim kimi mənalı yol keçmiş Zərifə xanım Əliyevanın həyatı haqqında geniş məlumat verdi.

 Tədbirdə çıxış edən rayon Mərkəzi Xəstəxanasının həkimi Aygün Nuriyeva, rayon Təhsil şöbəsinin müəllimləri İlhamə Məmmədova, Sahilə Fərmanova və digərləri Zərifə xanım Əliyeva haqqında ətraflı məlumat verərək, onun tibb elminə verdiyi töhfələrdən geniş söhbət açdılar.

 

 

 

362.7 KB

 

167.1 KB