Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mayın 1-də YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib.

02.05.2019

    Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı, siyası elmlər doktoru, professor Elman Nəsirov, Kürdəmir rayon İcra Hakimiyyətinin  Başçısı  Ceyhun Cəfərov  və partiya fəallarının, gənclərin iştirakı ilə  keçirilən  konfransda  iştirakçılar  ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Konfransda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli gəncləri salamlayaraq konfransın işinə uğurlar arzulayıb.Ağali Kərimli bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb.Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin möhtərəm Prezidentimiz, YAP-ın Sədri cənab İlham Əliyev tərəfndən layiqincə yerinə yetirilir. 
Konfarnsda YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Daşqın Rüstəmovun hesabat məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, hal-hazırda Gənclər Birliyimiz  4310  nəfər  gənci öz sıralarında birləşdirir, bu da rayonumuzda  ümumi  sayı 9680 nəfər olan YAP üzvlərimizin 44,5 %-ni təşkil edir. Gənc üzvlərimizdən 1505 nəfəri , yəni 34,9 %-i qadınlar, 955 nəfəri , yəni 22% -i ali təhsilli gənclərdir.Bu gənclər sağlam ruhlu, vətənpərvər, yüksək intellektə malikdirlər. YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyi olaraq bizlər sıralarımıza yeni qoşulan gənclərlə mütamadi olaraq təbliğat-təşviqat xarakterli görüşlər keçirir, ölkədə baş verən ictimai-siyasi yönümlü prosesləri təhlil edir, günün mühüm hadisələri barədə diskusiyalar aparırır, cənab Prezidentimizin xarici ölkələrə rəsmi və işgüzar səfərləri, habelə beynəlxalq təşkilatların, siyasi qurumların Azərbaycana olan marağını və mövqeyini gənclərə aydınlşadırırıq.Ulu Öndər Heydər Əliyev ideyalarını dəstəkləyən gənclər bu gün ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər.
Məruzə  ətrafında  rayon  təşkilatının  şura  üzvü  Heydər  Əliyev Mərkəzinin  əməkdaşı  Xəyyam  Məlikov, şəhər 1 saylı tam orta məktəbin müəllimi  Günel Musayeva “Azərxalça” ASC- nin Kürdəmir rayon filialının müdiri Rauf Abuşov, Karrar  kənd tam  orta  məktəbinin  direktoru  Mais Bayramov çıxış ediblər. Çıxış edənlər Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edərək, qarşıdakı dövrdə Gənclər Birliyinin vəzifələri haqqında danışıblar, öz rəy və təkliflərini bildiriblər. Bütünlükdə gənclərə göstərilən qayğı və diqqətə görə cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Sonra konfransın qətnaməsi qəbul olundu.
Konfransda təşkilatı məsələlərə baxılıb.
19 nəfərdən ibarət YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin Şura üzvü və 9 nəfərdən ibarət İdarə Heyəti seçildi. Rauf Abuşov YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri, Mais Bayramov və Hacıoğlan Məlikov sədrin müavinləri seçildilər. Eyni  zamanda 2 nəfər YAP Gənclər Birliyinin V konfransına nümayəndə seçildi.
Konfransın işində iştirak edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı, siyası elmlər doktoru, professor Elman Nəsirov , Kürdəmir rayon  İcra  Hakimiyyətinin  Başçısı Ceyhun Cəfərov  respublikamızda gənclər üçün  yaradılan  böyük imkanlardan və yüksək şəraitdən danışaraq bu gün gəncliyin artıq siyasi cəhətdən formalaşmış, yetkinləşmiş səviyyədə olduğunu diqqətə çatdırıblar.Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb.Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışan natiqlər bu gün ölkə rəhbəri cənab İlham Əliyevin gənclərə verdiyi önəmi vurğulayaraq bütün ictimai –siyasi proseslərdə gənclərin aktiv şəkildə iştirakını qeyd ediblər.
Natiqlər vurğulayıblar ki, bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu gün dövlətçiliyimizə sadiq gəncliyin əhəmiyyətli hissəsi Yeni Azərbaycan Partiyası Gənclər Birliyində təmsil olunurlar. Gənclər Birliyində təkcə say etibarilə çoxlu gənc birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellektli, vətənpərvərliyi ilə seçilən, bacarıqlı gənclər cəmləşib. Yeni Azərbaycan Partiyasında təmsil olunan gənclər Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. YAP Gənclər Birliyi sözün həqiqi mənasında özündə böyük siyasi, mənəvi gücü, gənclik enerjisini birləşdirir.

 

323.8 KB

 

199.8 KB