Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“ Narkomaniya bəşəriyyətin faciəsidir ” adlı tədbir Kürdəmir rayon Heydər Əliyev mərkəzində keçirildi.

02.05.2019

    2 may 2019 – cu il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində narkomaniya ilə mübarizəyə həsr olunmuş “ Narkomaniya bəşəriyyətin faciəsidir ” adlı tədbir keçirildi. Öncə Mərkəzin foyesində Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət “ Narkomaniya yox deyək ! " adlı rəsm sərgisinə baxış keçirildi. Tədbiri Mərkəzin əməkdaşı Xəyyam Məlikov açaraq yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı. Tədbir zamanı “ Ölümün bir addımlığında ” sənədli film nümayiş olundu .

 

1.8 MB

 

2.4 MB

 

2.8 MB