Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayonu “Bölgələrdən – Bölgələrə “ Yaradıcılıq Festivalında Lerik rayonunun qonağı oldu.

03.05.2019

Respublikamızın 16 regional Mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən – Bölgələrə “ Yaradıcılıq Festivalı Lerik rayonunun qonağı oldu.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri , regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Lerik rayon İcra Hakimiyyətinin Başçısı iştirak edib.

Festivalın sərgi hissəsinə gəlincə, regional mədəniyyət idarələrinin tabeliyində olan şəhər və rayonların sənətkarları və yaradıcı insanları dekorativ tətbiqi sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, bəzək əşyaları, əl işləri sərgiləyiblər.Festivalda  Kürdəmir rayon Uşaq İncəsənət məktəbinin üçlük qrupundan ibarət ”Bəstənigar” və ”Segah” təsnifi  ifa edilib .

Eyni zamanda regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş etdiriblər.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı keçirilib.

 

201.4 KB

 

156.5 KB

 

109.2 KB