Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Füzuli rayon Heydər Əliyev Mərkəzində məktəblilər arasında intellektual oyun keçirildi

07.05.2019

    4 may 2019-ci il tarixdə Füzüli rayon İcra hakimiyyəti, Təhsil şöbəsi və Heydər  Əliyev mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının  96-ci illiyinə  həsr olunmuş  məktəblilər arasında intellektual oyun keçirildi. Tədbirdə  rayonun 6 məktəbindən   36 şagird iştirak etdi. Tədbiri  giriş sözü ilə açan Füzuli rayon İcra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova qeyd etdi ki, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli  siyasət və dövlət adamı Heydər Əliyevin anadan olmasının  96 –cı ildönümü ilə əlaqədar məktəblilər arsında təşkil olunmuş bu bilik yarışmasının gənc nəsilin təlim, tərbiyəsində böyük əhəmiyyətə malik olduğunu qeyd etdi. Eyni zamanda Ümümmilli  liderin füzulilər üçün 1994-cü ildə əlamətdar olan  tarixi hadisədən bəhs etdi. Məhz bu tarixidə Ulu öndərin komandanlığı ilə uğurlu  Horadiz  əməliyyatı baş vermişdi. Biz füzülilər  o tarixi günü heç zaman unutmamalıyıq, daima qəlbimizdə Ulu öndərin  əziz xatirəsini yaşatmalı onu ehtiramla yad etməliyik. Sonra şagirdlərə uğurlar arzuladı və yarışma başladı. Ümümilikdə şagirdlərə iki mərhələdə Dahi şəxsiyyətin həyatı, fəaliyyəti, müxtəlif dövrlərdə  daxili və  xarici siyasət  sahələrində  gördüyü  mühüm tarixi hadisələri əhatə edən 30 sual təqdim olundu. Şagirdlər suallara cox operativ və dəqiq cavabləar  verdilər. Sonda Füzuli rayon  33 saylı  tam otra məktəbin  “Ərgünəş”  komandası birinci yerin qalibi oldu. Qalib şagirdlərə İcra hakimiyyətinin tərtib  etdiyi  kubok və fəxri  fərmanlar təqdin olundu.

 

71.1 KB

 

95.2 KB

 

98.4 KB