Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96–cı ildönümünə həsr edilmiş ”İstedad” devizi ilə baxış– müsabiqəsi təşkil olunmuşdur.

07.05.2019

   6-7 may 2019 – cu il tarixlərdə Ulu Öndərin daim qayğı göstərdiyi gənc nəslin və uşaqların hərtərəfli inkişafı, onların istedad və bacarığının üzə çıxarılması, təhsil və mədəniyyət müəssisələrində bu işin daha da canlandırılması məqsədilə rayon Mədəniyyət  Mərkəzində ənənəvi olaraq “İstedad ”devizi ilə baxış - müsabiqə keçirildi.

Müsabiqə 5 nominasiya üzrə elan edilmişdir:  bədii qiraət, musiqi, rəqs, rəsm, tətbiqi sənət - əl işləri.

     Baxış müsabiqənin ikinci günü iştirakçıların çəkdikləri biri-birindən maraqlı rəsmlər, tətbiqi sənət - əl işləri (toxuma, tikmə və s.) foyedə sərgiləndi.

     Bütün nominasiyalar üzrə müsabiqə iştirakçılarının çıxışları münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilmişdir.

 

 

 

1.9 MB

 

2 MB

 

2 MB