Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qələbə günü münasibəti ilə Füzuli rayon Tarix-Diyarşünaşlıq muzeyində sərgi təşkil edilib.

08.05.2019

  7.05.2019-cu iltarixində "9 May Qələbə Günü" nün 74 illiyi münasibətilə Füzuli Tarix-Diyarşünaslıq muzeyində "Vətənimə qələbə yaraşır" adlı sərgi təşkil edilmişdir. Sərgidə muzeyin əsas fondunda saxlanılan Böyük Vətən Müharibəsi iştirakçılarına məxsus əşyalar - sənədli materiallar, foto şəkillər, qramotalar, orden və medallar,            qəhrəmanlar haqqında məqalələrin yeraldığı qəzetlə rvə s. eksponatlar nümayiş etdirilmişdir. 
Füzuli rayonu ərazisində fəaliyyət göstərən Şükürbəyli, Qayıdış-1 və Mollaməhərrəmli kənd orta məktəbinin müəllim və şagirdləri sərgidə iştirak etdilər. Muzeyin Baş Elmi işçisi Xalisə Məmmədova iştirakçıları hazırlanmış qələbə guşəsi ilə tanış edərək sərgilənən eksponatlar və eləcədə ikinci Dünya Müharibəsində əldə edilmiş qələbədə Azərbaycanın rolu barədə geniş məlumat vermişdir. Sonda isə məktəblilər muzeyin ekzpozisiyası ilə yaxından tanış oldular.

 

 

77.8 KB

 

64 KB

 

72.5 KB