Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”9 may Qələbə Günü” -nün 74 il dönümü ilə əlaqədar tədbir Füzuli rayon Tarix-Diyarşünaslıq muzeyində bayram tədbiri olub.

09.05.2019

   7.05.2019-cu il tarixində "9 May Qələbə Günü"nün 74 illiyi münasibətilə Füzuli Tarix-Diyarşünaslıq muzeyində "Vətənimə qələbə yaraşır" adlı sərgi təşkil edilmişdir. Sərgidə muzeyin əsas fondunda saxlanılan Böyük Vətən Müharibəsi iştirakçılarına məxsus  əşyalar - sənədli materiallar, foto şəkillər, qramotalar, orden və medallar, qəhrəmanlar haqqında məqalələrin yer aldığı qəzetlər və s. eksponatlar nümayiş etdirilmişdir. 
Füzuli rayonu ərazisində fəaliyyət göstərən Şükürbəyli,Qayıdış-1 vəMollaməhərrəmli kənd orta məktəbinin müəllim və şagirdləri sərgidə iştirak etdilər. Muzeyin Baş Elmi işçisi Xalisə Məmmədova iştirakçıları hazırlanmış qələbə guşəsi ilə tanış edərək sərgilənən eksponatlar və eləcə də ikinci Dünya Müharibəsində əldə edilmiş qələbədə Azərbaycanın rolu barədə geniş məlumat vermişdir. Sonda isə məktəblilər muzeyin ekzpozisiyası ilə yaxından tanış oldular.

 

577.4 KB

 

565.5 KB

 

476.4 KB