Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Kitab bayram” Xocavənd rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kitabxana əməkdaşları sayəsində tədbir keçirdi

09.05.2019

   7 may 2019-cu il tarixdə  Kürdəmir Regional Mədəniyyət idarəsi  Xocavənd rayon  Mərkəzləşdirilmiş  Kitabxana Sistemi  Azərbaycan  xalqının Ümummilli  Lideri  Heydər Əliyevin anadan olduğu günə  həsr  olunan  Kitab bayramı  təşkil etdi.  Bütün Azərbaycan xalqı kimi,  Xocavənd rayon  Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin  kitabxana  əməkdaşları  ənənəyə  sadiq qalaraq  dahi şəxsiyyət  Ümummilli  Lider Heydər Əliyevin  96 illik  yubleyinə  həsr  olunan XI "Kitab Bayramı" keçirildi. Bayramda Rayon İcra Hakimiyyətinin   başçısı  başda olmaqla  rayon ictimayəti,  məktəblilər,  bağça uşaqları,  Mədəniyyət   evinin musiqiçiləri  iştirak etdilər.  Kitab bayramında  dahi şəxsiyyət  Heydər Əliyev  haqqında  və digər  mövzularda  ədəbiyyatların sərgisinə baxış keçirildi. Bağça uşaqlarına  və məktəblilərin  fəal iştirakçılarına  hədiyyələr verildi.  Kitab bayramı  konsert  proqramı ilə  davam etdi

 

825.4 KB

 

1.1 MB

 

848.5 KB