Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şuşanın işğalı Kürdəmir Regional İdarənin Tarix -Diyarşünaslıq muzeyində guşəyə baxış təşkil edilib

09.05.2019

   Qarabağın dilbər guşələrindən biri olan Şuşa 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunub. Bu hadisədən 27 il ötməyinə baxmayaraq biz hələ də, onun qayıtmasına ümidlə gözləyirik. Şuşanın işğalında xarici dövlətçiliyin rolu az olmamışdır. İşğaldan bir neçə saat öncə İranda Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb.Rusiyanın hərbi-siyasi dairələri isə Azərbaycanın Rusiyadan ayrılmaması üçün işğal üçün xüsusi canfəşanlıq göstərmişlər.Şuşanın işğalında ən böyük günah Azərbaycanın o vaxt ki, prezidenti Ayaz Mütəllimovun vicdanına yazılmalıdır. Çünki II minlik erməni ordusunua qarşı dəfələrlə az olan azərbaycanlılardan ibarət silahlı birləşmələrə heç bir kömək göndərilməmişdir.
Kürdəmir rayon Tarix Diyarşünaslıq muzeyində Şuşanın işğalının 27 il dönümünəsərgi açılmış və gələn tamaşaçılara geniş məlumat verilmişdir.

 

510.5 KB