Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şuşanın işğalı ilə əlaqədar tədbir Regional Mədəniyyət İdarəsi Xocavənd rayon MKS-nin Xocavənd kənd kitabxana filialında keçirilib

09.05.2019

   8 may 2019-cu il tarixdə  Kürdəmir  Regional  Mədəniyyət  İdarəsi  Xocavənd  rayon  MKS-nin Xocavənd kənd    kitabxana filialı Şuşanın işğalı  ilə əlaqədar  tədbir təşkil etmişdir. Kitabxananın  müdiri İbrahimova Zümrüd çıxış edərək  bildirdi ki,  Artiq 27 ildir doğma Şuşamızı itirmişik. 27 ildir ki, Azərbaycanın  bu  qızıl incisi  erməni işğalçıları və  təcavüzkarlarının   çirkli əllərindədir.  Bizim  vətənimiz Şusadır,  Şuşa bizim doğma  torpağımızdır. Bizim əzabımız   işğal  altında qalmış  və erməni  faşistlərdən  böyük mənəvi  zərbə  almış Şuşadır. O, bizim üçün  bir  ana bir bacıdır,  biz onu  müdafiə edə bilmədik,  amma qaytarmağa borcluyuq. Azərbaycan  xalqı bu böyük şəhəri-Şuşanı  unutmayacaq. Biz heç zaman Şuşanın  itirilməsi  ilə  barışmayacayıq.  Biz mütləq  Şuşaya qayıtmalıyıq!  Şuşa bizi gözləyir və inanır ki,  biz mütləq qayıdacaq  və onu erməni  işğalçılarının  qeyri-insani  əsarətindən  azad edəcəyik!!!   Həmin gün uzaqda deyil.

 

60.3 KB

 

55.1 KB

 

58.6 KB