Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Şuşanın işğalından 27 il keçir” adlı anım tədbiri Regional İdarənin Beyləqan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında təşkil edilib

09.05.2019

  8 may 2019-cu il tarixdə Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında Şuşanın  erməni qəsbkarları tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar “Şuşanın işğalından 27 il keçir” adlı anım tədbiri keçirildi.

Rayon Mədəniyyət Mərkəzinin, rayon MKS-nin və digər mədəniyyət müəssisələrinin işçiləri iştirakı ilə keçirilən tədbirdə ilk olaraq faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

MKS-nin direktoru Gültəkin Məmmədova çıxış edərək bildirdi ki, Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış günlərdən biri də 8 may Şuşanın işğalı günüdür. Erməni qəsbkarları işğal etdikləri digər rayon və şəhərlərimiz kimi, Şuşada da xeyli vətəndaşımızı qətlə yetirib, onlarla mədəniyyət və tarixi abidələrimiz məhv edilib.Şuşa şəhərinin müdafiəsinə qalxan əsgər və əliyalın yerli əhali şəhid olub. Biz xalqımızın bu acı günlərini unutmur və gələcək nəsillərə aşılamaqçün əlimizdən gələni əsirgəmirik.

Tədbirdə çıxış edən Şəhər kitabxana filialının müdiri Firuzə Manaflı qeyd etdi ki, erməni vandalları bir vaxtlar Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silərək şəhəri erməniləşdirməyə  cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir. Lakin bütün bunlara baxmayaraq biz əminik ki, günü-gündən qüvvətlənən ordumuz yaxın vaxtlarda bu işğala son qoymaqla nəinki Şuşanı bütün Dağlıq Qarabağı azad edəcək.

Dostluq klubunun mədəni-təşkilatçısı Nərmin Qurbanova çıxış edərək bildirdi ki,  Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

Tədbirdə digər çıxış edənlər də öz çıxışlarında qeyd ediblər ki,  Şuşanın işğalı Azərbaycan tarixinin siyasi böhranlı dövrünə təsadüf edir və bu işğal  o vaxtkı Azərbaycan rəhbərliyinin bacarıqsızlığı və milli maraqlara laqeydliyinin nəticəsi idi.

Lakin bu gün Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edə biləcək gücə sahibdir və biz əminik ki, tezliklə öz torpaqlarımıza qayıdacayıq.

Tədbirin sonunda Şuşa şəhərinin tarixi, mədəniyyətini özündə əks etdirən kitab sərgisi keçirildi.

 

 

 

118 KB

 

84.3 KB

 

111.8 KB