Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

8 May 2019-cu il tarixində Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinin Şuşanın işğalı günü münasibətilə “Şuşa-Qarabağın nazlı qızı” adlı elmi-nəzəri konfrans keçirildi

09.05.2019

   8 may 2019-cu il tarixində Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyi Şuşanın işğalı münasibətilə “Şuşa-Qarabağın nazlı qızı” adlı elmi-nəzəri konfrans keçirtdi.   Tədbir Beyləqan rayonunda yerləşən “ N ” saylı hərbi hissə ilə birgə keçirildi.

  Hərbi hissənin əsgər və zabit heyətinə muzeyin ekspozisiya salonunda ekskursiya aparıldı, Beyləqanın tarixi, onun mədəniyyəti haqqında məlumat verildi.

   Muzeyin Konfrans zalında Azərbaycanın əsrlərdən süzülüb gələn zəngin tarixi və Şuşa haqqında, onun işğalı zamanı dəyən maddi-mənəvi ziyanlar haqqında məlumat verildi.

   Tədbiri muzeyin direktoru M. İsgəndərova açaraq Qarabağın göz bəbəyi, musiqi beşiyi olan Şuşanın işğalı haqqında çıxış etdi. Şuşa 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Artıq 27 ildir ki, ölkənin canlı musiqi akademiyası olan Şuşa işğal altındadır. Şəhərdə azərbaycanlılara məxsus mədəniyyət və tarixi abidələr yerlə-yeksan edilib, üzərində erməniləşdirmə işləri aparılıb.

   BRİH-nin məsul işçisi T. Səfərov çıxış edərək bildirdi ki, Azərbaycan böyük tarixə, zəngin mədəniyyətə malik dövlətdir. E.ə. V minillikdən burada yaşayış var olub. Azərbaycanın qədim ərazisi olan Urmiya gölünün ətrafından ilk dövlətçilik tariximiz yaranıb. Zaman keçdikcə qonşu dövlətlər tərəfindən torpaqlarımız işğal olunaraq və Rus-iran müharibəsi nəticəsində parçalanaraq ölkəmizin ərazisi kiçildilib. Mənfur düşmənlərimiz ermənilərin işğalı nəticəsində isə Azərbaycanımızın ən gözəl guşəsi olan Qarabağımız və onun ətrafındakı rayonlar işğal edilib. Biz öz tariximizi dərindən öyrənməliyik və öz dədə-baba yurdumuza sahib çıxmalıyıq. İmkan verməməliyik ki, ermənilər bizim doğma yurdumuza sahib olalar.

    Daha sonra muzeyin bələdçisi A. Namazova Şuşa şəhərinin qədim tarixi, gözəl təbiəti, dahi şəxsiyyətləri və işğalı haqqında məlumat verdi.

 

 

 

 

 

151.8 KB

 

68.9 KB

 

68.3 KB