Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Böyük vətən müharibəsinin iştirakçısı olan 97 yaşlı Nuriyev Nəbi Balı oğlu ilə görüşə Regional Mədəniyyət İdarəsi İmisli rayon Mədəniyyət Mərkəzinin və İmisli MKS-nin kitabxana işçiləri evinə ziyarətə getdilər

11.05.2019

   9 may 2019-cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsi İmisli rayon Mədəniyyət Mərkəzinin və İmisli MKS-nin kitabxana işçilərindən bir qrupu Qələbə gününün 74-cü ildönümü münasibətilə Böyük vətən müharibəsinin iştirakçısı olan 97 yaşlı Nuriyev Nəbi Balı oğlu ilə görüş keçirmişlər. Müharibə veteranı keçdiyi döyüş yolu haqqında qürurla danışaraq Yaponiyaya qədər gedib çıxdıqlarını demiş,1941-ci ilin dekabr ayında döyüşə getmiş ,qələbədən 2 il sonra 1947-ci ildə vətənə döndüyünü demişdi.Ona bu müharibədə fərqləndiyinə görə həm döyüş vaxtı, həm də döyüşdən sonra medallar təqdim olunmuşdur.

 

75 KB

 

56.4 KB