Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

«Bölgələrdən-Bölgələrə» Yaradıcılıq Festivalı növbəti dəfə Kürdəmir rayonunda təşkil edildi

11.05.2019


 
10 may 2019-cu ildə Azərbaycan Respublikası mədəniyyət Nazirliyinin təşəbbüsü ilə «Bölgələrdən bölgələrə» yaradıcılıq festivalı növbəti dəfə Kürdəmir rayonunda təşkil edildi. İmişli rayon MKS-nin direktoru Hürü Şirinova İmişli rayonun təşkil etdikləri sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə görə məhz 10 maya təsadüf etdi. Festivalda Kürdəmir Regional Mədəniyyət İdarəsini təmsil edən Kürdəmir, İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarının ümumilikdə mədəniyyət işçiləri, Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Ağstafa, Şəmkir, Gəncə, Ağcabədi, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran, Bərdə mədəniyyət regional idarələrinin təşkil etdiyi əl işləri nümayiş etdirildi. Sonra tədbir konsert proqramı ilə davam etdi.
 

 

141 KB

 

187.9 KB

 

89.5 KB