Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“ Unundulmaz Şəxsiyyət” adlı ədəbi-bədii gecə Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirildi

12.05.2019

    6 may 2019-cu ildə Beyləqan rayon Heydər Əliyev Mərkəzində Ümumilli lider Heydər Əliyevin anadan olunmasının  96 illiyinə həsr edilən “ Unundulmaz Şəxsiyyət” adlı ədəbi-bədii gecə keçirildi.Keçirilən tədbirdə Təbiət və Hümanitar fənlər təmayüllü liseyin müəllim və şagird kollektivi olmaqla 53 nəfər iştirak etdi.Tədbir  Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə açıldı. Daha sonra Ümummilli liderin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

     Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova açaraq, Ümummilli lider Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri barədə ətraflı bəhs etdi. Məmmədova dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrün çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən olduğunu xüsusi vurğuladı. Natiq çıxışında bildirdi ki,  Azərbaycanın bugünkü inkişafı, ilk növbədə, xalqımızın Ümummilli lideri Heydər Əliyevin yeritdiyi siyasi xəttin hazırda  uğurla  davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb,  Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirib.
   Tədbirdə Təbiət və Hümanitar fənlər təmayüllü liseyin direktoru Mehman Kərimov  çıxış edərək  diqqətə çatdırdı ki, memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində bu gün regionun ən inkişaf etmiş ölkəsinə çevrilib.  
Natiq ulu öndərin gərgin əməyi və qətiyyəti sayəsində müasir Azərbaycan dövlətinin qurulduğunu, ölkəmizin dünya məkanında öz layiqli yerini tutduğunu xatırlatdı.    
  Çıxışlardan sonra məktəblilərin ifasında Ulu öndərə həsr edilən şeir və mahnılar səsləndirildi.

 

 

51.5 KB

 

89.6 KB

 

87.4 KB