Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı elmi-praktik konfrans keçirdilər

13.05.2019

     7 may 2019-cu ildə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə  YAP Beyləqan rayon təşkilatı Qadınlar Şurası ilə birgə  xalqımızın Ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə  “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı elmi-praktik konfrans keçirildi.Keçirilən tədbirdə YAP Beyləqan rayon təşkilatının  Qadınlar Şurasının sədri və nümayəndələri olmaqla 103 nəfər iştirak etdi.Əvvəlcə dahi şəxsiyyətin abidəsi ziyarət edilərək, önünə gül-çiçək dəstələri qoyuldu.

    Tədbirdə  YAP Beyləqan rayon təşkilatı Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova   açılış nitqi ilə çıxış edərək bildirdi ki, 10 may tarixi Azərbaycan xalqı üçün sözün əsl mənasında bayramdır, xalq bu günü təntənə ilə bayram edir.

 Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Ulu öndər respublikaya rəhbərlik etdiyi dövrdə var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur. Natiq ətraflı çıxışı ilə xatırlatdı ki, 1988-1993-cü illərdə cəbhədəki məğlubiyyətlər, Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, anarxiya, xaos, vətəndaş müharibəsi və s. ölkədə gərgin vəziyyət yaratmışdı. Belə bir təhlükəli məqamda xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi.

Natiq  çıxışının sonunda  dahi şəxsiyyətin  “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram” sözlərini vurğulayaraq   qeyd etdi ki,Heydər Əliyev xalq üçün yaşadı, xalq üçün yaratdı , bu xalq üçün müstəqil Azərbaycan yaratdı!

Tədbirdə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru, Beyləqan  rayon YAP Qadınlar Şurasının sədrinin müavini Yeganə Məmmədova çıxış edərək, Ulu Öndərin mənalı ömür yolundan, fəaliyyətindən danışdı. O, xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğuladı. Diqqətə çatdırıldı ki, Ulu Öndərin ən böyük amalı və məqsədi dövlətimizin müstəqilliyinin əbədi olması, insan hüquqlarının qorunmasını rəhbər tutan vətəndaş cəmiyyətinin qurulması idi.

Tədbirdə  rayon Tarix-Diyarşünaslıq müzeyinin direktoru Mehriban İsgəndərova, Şəhər 4 saylı tam orta məktəbin müəlliməsi Xalidə Cavadova və başqaları da çıxış edərək Ulu öndərin keçdiyi şərəfli ömür yolundan ,eləcə də Azərbaycanın bu gün əldə etdiyi uğurlarda Heydər Əliyev siyasətinin rolundan ətraflı bəhs etdilər.

 

 

44.2 KB

 

65.2 KB

 

88.2 KB