Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Beyləqan rayon Heydər Əliyev Mərkəzində Şuşanın işğalının 27-ci ildönümü əsgər və zabitlərimizlə birgə anıldı.

13.05.2019

     8 may 2019-cu il Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Şuşasız 27 il” adlı tədbir keçirildi.Keçirilən tədbirdə N saylı hərbi hissənin əsgər və zabitləri olmaqla 68 nəfər iştirak etdi.Tədbir iştirakçıları əvvəlcə mərkəzin ekspozisiya zalı ilə tanış oldular.

Tədbir akt zalında davam etdi.Əvvəlcə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların ruhu sükutla yad edildi.

Mərkəzin elmi işçisi Rəvanə Cəlilzadə tədbiri giriş sözü ilə açaraq 27 il bundan əvvəl ölkəmizdəki ictimai-siyasi vəziyyət, Vətən uğrunda şəhid olan oğul və qızlarımızın mübarizəsi, Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətindən danışdı və bildirdi ki,  işğal nəticəsində xeyli sayda  günahsız insan qətlə yetirilib, şəhərin mədəni, tarixi abidələri dağıdılıb. Ümummilli lider Heydər Əliyev gərgin səyləri hesabına  Ermənistanın aqressiv etnik-təmizləmə və işğalçı dövlət siyasətini dünya birliyinə olduğu kimi çatdırdı və beynəlxalq rəy Azərbaycanın xeyrinə dəyişdi. Natiq ,həmçinin, həmin siyasətin bu gün prezident İlham Əliyevin qətiyyəti ilə keyfiyyətcə yeni mərhələyə keçdiyini vurğuladı.

Cəlilzadə qeyd etdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. 2016-cı il Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu böyük gücə malikdir və hər an torpaqlarımızı azad etməyə qadirdir.

Natiq vurğuladı ki, əsgərlərimizin igidliyi, şücaəti , mərdliyi sayəsində üçrəngli bayrağımız mütləq Şuşamızda, doğma Qarabağımızda dalğalanacaq!

 Tədbirdə çıxış edən n saylı hərbi hissənin kapitanı Rövşən Rəsulov  Azərbaycan Respublikasının tarixi ərazilərdə apardığı işğalçılıq siyasətindən danışaraq bildirdi ki, ümumilikdə ərazilərimizin 20 faizi bədnam qonşularımız tərəfindən zəbt edilib. Təəssüf ki, dünya ictimaiyyəti 30 ilə yaxındır ki, Azərbaycan xalqının ədalətli səsinə ikili  münasibət göstərir. Ona görə də torpaqlarımızın azad edilməsi, problemlərimizin daha tez həll edilməsi üçün biz daha güclü, daha yurdsevər olmalı və döyüşkən ruhlu gənclər tərbiyə etməliyik. Bu mənada hərb işimizin öyrənilməsi çox önəmlidir. 

 Natiq çıxışında  məhz Ulu  Öndər Heydər Əliyevin sayəsində yaranmış güclü,nizami,məğlubedilməz ordumuzun varlığından və bu ordunun uğurlarından,eləcə də “Aprel zəfəri”ndən  geniş söhbət açdı.Rəsulov çıxışının sonunda  bildirdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Kapitan Rəsulov tezliklə Ali baş komandanımızın əmri ilə torpaqlarımızı azad edəcəklərinə və qələbə zəfəri ilə xalqımızı sevindirəcəklərinə əminliyini bildirdi.

 

 

69.3 KB

 

82.4 KB

 

73 KB