Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qələbənin 74-ci ildönümü münasibətilə Beyləqan rayon Mədəniyyət müəssisələrində “1941-1945- Tarixi Qələbə” adlı silsilə tədbirlər keçirilmişdir.

13.05.2019

 

     9 may Faşizm üzərində Qələbənin 74-ci ildönümü münasibətilə Beyləqan  rayon nümayəndəliyinin tərtib etdiyi Tədbirlər Planına əsasən rayonun bütün  mədəni-maarif müəssisələrində  “1941-1945, Tarixi Qələbə” adlı  silsilə  tədbirlər  keçirilmişdir.

   Belə ki,  9 may Qələbə günü münasibəti ilə  Beyləqan rayon mədəniyyət müəssisələrində II Dünya və Qarabağ  müharibəsi veteranları ilə gənclərin görüşləri keçirilmiş və dəyrimi masalar təşkil olunmuş, rayon MKS-də “Faşizm qurbanlarının xatirəsi unudulmur” adlı sərgi  nümayiş etdirilmişdir.     

9 may 2019-cu il tarixdə Beyləqan şəhərində ki, 1941-1945 adidəsinin, I Şahsevən kəndində beyləqanlı Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyininvə  II Şahsevən kəndində iki dəfə Sovet  İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi  önünə əkillər  qopyulmuş, qəhramanlara həsr edilmiş şerlər səsləndirilmişdir.

. Tədbirdə rayon İcra Hakimiyyəti və mədəniyyət işçiləri ilə yanaşı “N” saylı hərbi hissənin əsgər və zabitləri  iştirak etdi.

    Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev açaraq 1941-45- ci illərdə azərbaycan oğullarının göstərdiyi igidliklər barədə geniş məlumat  verdi. Sonra  “N” saylı hərbi hissənin komandiri general – mayor  Mayis Bərxudarov, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov və digər natiqlər Böyük Vətən Müharibəsi illərində azərbaycanlıların göstərdikləri qəhrəmanlıqlar barədə çıxışlar edərək bildirdilər ki, əgər azərbaycanlılar və Azərbaycan nefti olmasaydı heç vaxt  SSRİ bu böyük Qələbəni qazana bilməzdi. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi. 

Tədbirin sonunda rayon mədəniyyət işçilərinin hazırladığı  konsert  proqramları nümayiş olundu.

 

397.9 KB

 

202.8 KB

 

191.3 KB