Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Beyləqan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

13.05.2019

    May ayının 7-10-a kimi  Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ulu öndərin 96 –cı ildönümünə həsr edilmiş “Nəsillərə örnək şəxsiyyət” adlı dəyrimi masa, elmi-praktiki konfranslar,  söhbətlər təşkil olunmuş və Ulu öndərin  fəaliyyətini əks etdirən filmlər nümayiş etdirilmişdir.

10 may 2019-cu il tarixində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin doğum günü münasibəti ilə rayon İcra Hakimiyyəti və mədəni-maarif müəssisələrinin təşkilatçılığı, həmçinin N saylı hərbi hissələrin əsgər və zabit heyyətinin iştirakı  ilə ümurayon tədbiri keçirildi.

 İlk öncə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq abidə önünə tər gül dəstələri düzüldü.

Sonra Heydər Əliyev Mərkəzində  Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev-Azərbaycan” videoçarxı nümayiş olundu.

Həmçinin Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında  rayon Uşaq Musiqi məktəbinin “Odlar Yurdu” Xor kollektivinin və “Aranqala” instrumental xalq çalğı alətləri ansamblının iştirakı ilə “Sən elə bir zirvəsən!” adlı konsert, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi “Kitab bayramı”təşkil edilmişdir. Tədbirdə məktəblilərin rəsm və əl işlərinə, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi-bədii kompozisiyalara baxış keçirildi.

    Gün ərzində məktəblilər və sənət adamları tərəfindən  Ulu Öndərə həsr edilmiş  müxtəlif çiçəklərdən  hazırlanmış rəsm əsərləri, gül buketləri Mədəniyyət və İstirahət parkında nümayiş etdirildi və  tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

  Ümumiyyətlə mayın 10-da rayonun  bütün mədəni-maarif müəssisələrində dahi şəxsiyyət Heydər Əliyevin doğum günü ilə əlaqədar  silsilə bayram tədbirləri keçirildi.

 

164.2 KB

 

164.4 KB

 

135.6 KB