Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Tarix-Diyarşünaslıq muzeyində müəllim və şagirdlərin eksponatlara baxışı təşkil edilib

15.05.2019

    14 may 2019-cu il tarixində rayonun Köhnəbazar tam orta məktəbinin müəllim və şagirdlərinin muzeyə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı onlara Kürdəmir ərazisindən tapılmış XVII-XVIII əsrlərə aid məişət əşyaları, gildən düzəldilmiş müxtəlif qablar haqqında məlumat verilmiş,  həmçinin öz dövrünün görkəmli ictimai-siyasi xadimi olmuş Mövlanə Şeyx İsmayıl kürdəmirli haqqında söhbət açılmışdır.Bildirilmişdir ki, Şeyx İsmayıl əfəndi həm də Şeyx Şamil hərəkatının təkmilləşdirilməsinə yaxından köməklik göstərmişdir. Tanınmış kürdəmirli ziyalıların şəkilləri və kitabları, eləcə də onlara məxsus bəzi sənədlər tamaşaçıların geniş marağına səbəb olmuşdur.

 

1.2 MB

 

1.1 MB

 

1.1 MB