Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 -ci ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib

22.05.2019

      Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri giriş nitqi ilə açan Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Xəyyam Məlikov gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirib.

 Daha sonra çıxış  edən Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin direktoru Akif İbrahimov nitqində 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayaraq 1993-cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs edib və tədbir iştirakçılarını qarşıdan gələn "28 May- Respublika Günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin müəlliməsi İsayava Ətirə məlumat verib və bildirib ki,  1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir.

 

 

74.3 KB

 

66.6 KB

 

70.4 KB