Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Heydər Əliyev Mərkəzinə şagirdlərin ekskursiyası təşkil olunub

23.05.2019

  23 may 2019 – cu il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzinə məktəb şagirdlərinin vətənə məhəbbət , xalqın tarixinə hörmət və ehtiram ruhunda tərbiyə olunması və Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur. Şagirdlər mərkəzin Muzey və Kitabxana bölmələri ilə yaxından tanış olublar. Mərkəzin əməkdaşı Mehdizadə Aynurə şagirdlərə Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verdi.

 

104.5 KB

 

96 KB

 

84.3 KB