Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Nəsimi ili” sərgisi Kürdəmir Tarix-Diyarşünaslıq muzeyində ”Nəsimi ili” ilə bağlı sərgi açılmışdır

24.05.2019

   Muzeyə gələn şagirdlərə sərgi ilə bağlı məlumat verilmiş, nümayiş olunan kitablardan müxtəlif şer parçaları oxunmuşdur. Muzeyin elmi işçiləri şagirdlər qarşısında mühazirə oxumuşlar. İmadəddin Nasimi Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olmuş və özündən sonra gələn bir sıra şairlərin yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bizim üçün 2019-cu ilin "Nəsimi ili" elan edilməsinin bir də əhəmiyyəti ondadır ki, mütəfəkkir şairin bədii yaradıcılığı bu il daha dərindən öyrənilməyə başlamış, ümumilikdə türkdilli ədəbiyyatın formalaşmasında şairin əvəzsiz rol oynaması bir daha təsdiqlənmişdir. Nəsimi humanist eyni zamanda insanı ilahiləşdirən şairdir, həm də öz dövrünün ədalətsizliklərinə, cəhalətə, orta əsrlər cahilliyinin bütün sahələrinə qarşı cəsarətlə qorxmazlığı ilə sanki üsyana qalxmışdır. Bu dövrdə Əmr Teymurun qəddarlığına və zülmünə qarşı etiraz edən şair həm də şəxsiyyətin hər cür qadağalardan azad olmasını vacib sayır, kamil insanı cahilliyə qarşı fövqəlbəşər obraz kimi səciyyələndirirdi:
Vəhdətin şəhrində seyran eylərəm
Mən səni cismində heyran eylərəm
Deyən şair, inanırdı ki, azad fikirli,kamil və ləyaqətli insan, hər cür məhrumiyyətə, fanatizmə və mövhumata qalib gələcəkdir. Bütün bunlarla yanaşı məhəbbət və gözəlliyi vəsf edən şerlər də şairin yaradıcılığını daha da maraqlı edir.
Səni bu hüsnü camal,bu kamal ilə görüb
Qorxdular həqq deməyə döndülər insan dedilər. 
və yaxud
Allahu əkbər! Ey sənəm hüsnünə heyran olmuşam
kimi şeirləri şairin incə ruhunun, lirik romantikasının bariz nümunəsidir. İnanırıq ki, 2019-cu ilin “Nəsimi ili” elan olunması gənc nəslin tərbiyəsinə də müsbət təsir göstərəcək və eyni zamanda gənc şairlərin yaradıcılığına öz töhfəsini verəcəkdir.

 

47.9 KB

 

45.6 KB

 

44.8 KB