Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Çiçəklənən doğma Respublikam ” adlı tədbir İmişli rayon Mədəniyyət Mərkəzində keçirilib

27.05.2019

     25 may 2019- cu il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin və rayon sakinlərinin iştirakı ilə 28 may Azərbaycan Xalq Cuhmuriyyətinin yaranmasının 101- ci ildönümü ilə əlaqədar olaraq Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılğı və İmişli rayon Uşaq musiq məktəbinin , İmişli şəhər Uşaq İncəsənət məktəbinin dəstəyi ilə “Çiçəklənən doğma Respublikam ” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi və aparcı sözü Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon üzrə nümayəndəsi Nazim Əzimov verdi . Nazim Əzimov tədbir iştirakçılarına Respublika günü haqqında məlumat verərək tədbir iştirakçılarını bayram günü münasibəti ilə təbrik etdi. Daha sonra şagirdlərin söylədikləri vətənpərvərlik haqqında şerlər və müğənnilərin ifalarında bir –birindən rəngarəng vətənpərvərlik mövzusunda səslənən musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı .

 

77.7 KB

 

73.2 KB

 

77.7 KB