Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi 28 May Respublika gününə həsr edilmiş ümumrayon tədbirin ”Qələbə ” parkında keçirildi

27.05.2019

      28-May -Respublika gününə həsr edilmiş ümumrayon tədbiri 27 may 2019-cu il tarixində "Qələbə " parkında böyük coşqu ilə keçirildi.  

 Dövlət və dövlətçiliyimizin memarı Ümummilli Lider Heydər Əliyevin sayəsində bu bayram öz tarixini yenidən tapdı. Onun sayəsində beynəlxalq aləm, yer kürəsi Müstəqil Azərbaycanı dövlət kimi tam qəbul etdi. Dünya dövlətlərinin bayrağı içərisində dalğalandı bayrağımız, idarəçilik möhürü oldu Gerbimiz, ən ali məclislərdə səsləndi Himnimiz. Ərazimizi tanıdı dünya dövlətləri. Ən ali məclislərdə üçrəngli bayrağımız fəxarətlə dalğalandı. Bu gün Azərbaycanın qüdrəti və qürur məkanına çevrildi.

      Tədbirin bədii hissəsində rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə özfəaliyyət ansamblları bir- birindən maraqlı çıxışlar etdilər. Bayram konserti tədbir iştirakçılarında xoş təsurat yaratdı.

 

 

 

 

2 MB

 

2.1 MB

 

2 MB