Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Nəsimi dünyası” adlı ədəbi-bədii gecə Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilib

29.05.2019

24 may 2019-cu ildə Beyləqan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilən “Nəsimi dünyası” adlı ədəbi-bədii gecə keçirildi. Keçirilən gecədə təhsil və mədəniyyət işçiləri, eləcə də şagird kollektivi olmaqla 69 nəfər iştirak etdi.
     Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova açaraq bildirdi ki, Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Bu yaradıcılıq uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir. Natiq qeyd etdi ki, 50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi keçirildi. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Onun ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradıldı. 1973-cü ildə çəkilən “Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer aldı, 1979-cu ildə Bakıda mütəfəkkir şairin heykəli ucaldıldı. Bu il isə ölkə Prezidentinin sərəncamına əsasən respublikamızda İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd edilir. Məmmədova vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması hər bir azərbaycanlıda iftixar hissi yaratdı. 
       Təbiət və Hümanitar fənlər təmayüllü liseyin direktoru Mehman Kərimov çıxış edərək , Nəsiminin Azərbaycan ədəbiyyatına çox böyük töhfələr verdiyini dedi . Əminliklə qeyd etdi ki, “Nəsimi ili” çərçivəsində həyata keçiriləcək tədbirlər bu böyük şairin yaradıcılığının öyrənilməsində dönüş yaratmaqla yanaşı, yeni nəsimişünaslar nəslinin yetişməsinə səbəb olacaq.
Tədbir bədii hissə ilə davam etdi. 
Məktəblilərin ifasında  Nəsiminin qəzəllərindən ibarət “Cahan mənəm” ədəbi-bədii kompozisiya təqdim olundu. Sonda İmadəddin Nəsiminin həyatından bəhs edən "Nəsimi filmindən" qısa fraqment nümayiş olundu.

 

343.7 KB

 

331.9 KB

 

329.4 KB