Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocavənd rayon Mədəniyyət evində “İnsan hüquqlarının təmini - Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda dəyirmi masa keçiriidi.

29.05.2019

    Tədbirdə Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və hümanitar Məsələlər şöbəsinin müdiri Əfsanə xanım Quliyeva,rayon polis Şöbəsinin rəisi Xəyyam Mirhüseynov çıxış etdi. Məlumat verildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007- ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu məqsədlə keçirilən tədbirdə Xocavənd rayon İcra Hakimiyyəti  Aparatının işçiləri, Polis Şöbəsinin əməkdaşları, Mədəniyyət evinin və MKS-in işçiləri, Salakətin kənd tam orta məktəbinin müəllim və şagidləri və s. iştirak etdi.  Son dövrlər aparılmış hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox beynəlxalq prinsiplərin Azərbaycanın milli qanunvericiliyində öz əksini tapıb. Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası və insan hüquqları ilə məşğul olan beynəlxalq və yerli təsisatlar haqqında geniş məlumat verildi.  Bu aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, hüquq düşüncəsnin, hüquq mədəniyyətinin inkşaf etdirilməsinə, insan hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verecəkdir.

 

59.7 KB

 

71.2 KB

 

74.7 KB