Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocavənd rayon Mədəniyyət müəssisələrində “Şərqin ilk Parlamentli Respublikası” movzusunda dəyirmi masa və ”Xalqımızın müstiqillik tarixi”adlı rəngarəng konsert proqramı böyük maraqla qarşılanıb

29.05.2019

    Xocavənd rayon Mədəniyyət müəssisələrində  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə bağlı“Şərqin ilk Parlamentli Respublikası”, “Xalqın ən böyük uğuru onun müstəqilliyidir”, “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, “Azərbaycan fəxrimizdir, qürurumuzdur”, “Müstəqilliyin əbədiyaşar ideyaları”, ”Azərbaycan, ana yurdum!” və s. mövzularında söhbət, sərgi, dəyirmi masa təşkil edilmişdir. 27.05.2019-cu il tarixində Mədəniyyət evində "Xalqımızın müstıqillik tarixi"adlı rəngarəng konsert proqramı böyük maraqla qarşılandı. 
Bu gün Azərbaycanın dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Müsəlman Şərqində ilk parlament respublikası xalqımzın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdrlmasına nail olmuşdur. Mayın 28-də yaradılan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın tarixində mühm bir hadisə idi. Çunki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Bayramınız mübarək!

 

128.3 KB

 

146.8 KB

 

173.1 KB