Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Vətən övladımızın məskənidir ” başlığı altında sərgi və viktorina İmişli rayon MKS-nin Uşaq şöbəsində təşkil edildi

30.05.2019

       29 may 2019-cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon MKS-nin Uşaq şöbəsində şair Abbas Səhhətin 145 illiyi münasibətilə "Vətən övladımızın məskənidir " başlığı altında sərgi və viktorina təşkil edildi. Viktorinada İmişli rayon A.Eminov adına 7 saylı tam orta məktəbin  4 c sinif şagirdləri və sinif rəhbəri Əlfiyyə müəllimə iştirak edirdilər. Şagidlər ilə Abbas Səhhətin həyat və yaradıcılığıdan bəhs edən, sual-cavab viktorinası keçirildi. Viktorinanın sonunda Abbas Səhhətin həyat və yaradıcılığı  haqqında sorğu-suallara aktiv cavab verən şagidlər Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon MKS-inin direktoru Hüri Şirinova və  Uşaq şöbəsinin əməkdaşları tərəfindən mükafatlandırıldılar. Onlar 1-ci, 2-ci və 3-cü yerləri tutan qaliblərə diplom təqdim  etdilər.

       Biz də bu münasibətlə qalib gələn iştirakçıları təbrik edirik və uğurlarının bol olmasını arzulayırıq.

 

59.6 KB

 

72.1 KB

 

49.3 KB