Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Uşaq İncəsənət məktəbi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində hesabat konserti keçirib

31.05.2019

     Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin 2018-2019-cu tədris ilin  yekunu ilə əlaqədar olaraq 30 may 2019-cu il tarixində hesabat konserti keçirdi. Tədbir məktəbin xor kollektivinin çıxışı ilə başladı. Sonra məktəbin “Səma” xalq çalğı alətləri ansanmblı rəngarəng proqramları ilə çıxış etdilər. Daha sonra fortopioano , tar, kamança, qarmon, spkripka, xoreqrqfiya, xanəndəlik sinifinin şagirdləri geniş proqramlarla çıxış etdilər. Sonra məzunlar öz çıxışları ilə müəllimlərinə öz minətdarlıqlarını bildirdilər və tədbirin direktoru Qəndəf Zülfüqarova onlara göstərilər qayğıya görə  kollektiv adından  Kürdəmir Regional Mədəniyyət İdarəsi rəisi Elman Məmmədova öz təşəkkürünü bildirdi.

Konsertin sonunda Kürdəmir Regional Mədəniyyət İdarəsi rəisi Elman Məmmədova söz verildi. O öz çıxışı ilə tədbir iştirakçılarını təbrik edərək məktəbinin məzunlarının və müəllim kollektivinə gələcək işlərində uğurlar arzuladı. Məktəbin fəal müəllimləri və müsabiqədə uğurla çıxış edən şagirdləri Fəxri Fərman və Diplomlarla təltif etdi.

 

96.8 KB

 

95.1 KB

 

96.5 KB