Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsində “Oxu bayramı” müsabiqəsi keçirildi

31.05.2019

  31 may 2019 -  cu il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsində təşkilatçılığı ilə   Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü bağlı  “Oxu bayramı” müsabiqəsi keçirildi. Regionun nəzdində fəaliyyət göstərən rayonlar üzrə 5 nəfərdən ibarət münsiflər heyyəti təşkil edilmiş və   bu müsabiqədə region üzrə 14 nəfərdən ibarət  fəal oxucu iştirak edirdi. Onlardan Əhmədov  İlkin Qəni oğlu  ( Beyləqan rayonu) 1- ci  yerin,  Quliyeva Sənəm Səfər qızı  (Xocavənd rayonu)  2 – ci yerin, Veyisova Xəyalə Elbrus qızı (Kürdəmir rayonu) 3 – cü yerin   qalibi oldu. Digər 5 iştirakçı – Bünyadova Nazilə Eyyub qızı (Kürdəmir rayonu), Hüseynova Nuridə Əyyub qızı (Fizuli rayonu), Rüstəmzadə Gülayə Elşən qızı (Fizuli  rayonu),  Süleymanova Qudrət Süleyman qızı ( Beyləqan rayonu), Nuruşova Əsmayə Asif qızı (İmişli rayonu)  isə həvəsləndirici yerə layiq görüldülər.

 

2 MB

 

1.9 MB

 

2 MB