Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir İmişli rayon MKS-nin Uşaq şöbəsində təşkil edildi

31.05.2019

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbacandada qeyd edilir.

Bu münasibətilə 30 may 2019-cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon MKS-inin Uşaq şöbəsində sərgi və bayram şənliyi keçirildi. Tədbirdə A. Eminov adına tam orta məktəbin 2 b sinif şagirdləri, müəllim və valideynlər qonaq oldular. Tədbir balacalar tərəfindən sevinclə qarşılandı. Bayram tədbirində uşaqların ifasında şeirlər səsləndirildi,səhnəciklər göstərildi və rəqs etdilər. Sonda balaca qonaqlarımıza hədiyyələr paylanıldıdı. Bayramınız mübarək əziz uşaqlar!

 

 

70.4 KB

 

51.2 KB

 

52.6 KB