Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

31 May 2019-cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibətilə ”Dahilik Zirvəsi” adlı Oxu bayramı keçirildi

31.05.2019

  Tədbir iki hissədən ibarət idi. Belə ki, birinci hissə fəal oxucular arasında müsabiqə, ikinci hissə isə bədii hissədən ibarət oldu.Tədbirdə Füzuli, Xocavənd, Beyləqan, İmişli və Kürdəmir Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları, münsüvlər heyəti işrirak etdilər. Müsabiqədə iştirak edən fəal oxucular müxtəlif nominasiyalarla Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi cənab Elman Məmmədov tərəfindən diplomlarla təltif edildilər. İmişli MKS -nin fəal oxucusu Nuruşova Əsmayə Asif qızı həvəsləndirici diplomla təltif edildi. Bədii hissədə İmişli rayonundan olan ,"Əkizlər" rəqs qrupu öz ifalarını tədbir iştirakçılarına təqdim etdilər, onların ifası tədbir iştirakçıları tərəfindən bəyənildi. Əziz kitabsevərlər, bir daha bayramınız mübarək!

 

98.8 KB

 

64.7 KB