Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmirdə “Dahilik zirvəsi” adlı oxu bayramı keçirildi

31.05.2019

       2019 – сu ilin may ayının 31- də  rayonun “Qələbə” Mədəniyyət və İstirahət parkında  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 – cı ildönümünə həsr edilmiş “Dahilik  zirvəsi” adlı oxu bayramı keçirildi.

Tədbirdə  rayon ziyalıları,  yerli yazarlar, yeniyetmə və gənclər iştirak etdi. 

 Tədbirdə müxtəlif başlıqlar altında yüzlərlə ədəbiyyat nümayış etdirildi. Bu tədbirlər arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sərgilər , Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları  ilə bağlı təşkil edilmiş sərgilər, vətənpərvərlik və diyarşünaslığın təbliği məqsədi ilə bağlı təşkil edilmiş sərgilər,   “Nağıllar aləminə səyahət”  və   ” Yeni ədəbiyyatlar”  adlı  sərgilər iştirakçılar tərəfindən daha maraqla qarşılandı.

Oxu  bayramında rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin  iştirakı ilə təqdim edilən musiqi nömrələri, rəqslər, Ulu Öndər Heydər Əliyevə, İmaməddin Nəsimi poeziyasına  və vətənpərvərlik tərbiyəsinə həsr edilmiş qəzəllər, seirlər və  kompozisiyalar iştirakçıların böyük marağına səbəb oldu.

Kitab təbliği  məqsədi ilə hazırlanmış  Nağıl qəhrəmanları və kitablara həsr edilmiş səhnəciklər də iştirakçılar tərəfindən yüksək səviyyədə qarşılandı və dəyərləndirildi.

Tədbirdə “Oxu bayramı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Əhmədov  İlkin Qəni oğlu  ( Beyləqan rayonu) 1- ci  yerin,  Quliyeva Sənəm Səfər qızı  (Xocavənd rayonu)  2 – ci yerin, Veyisova Xəyalə Elbrus qızı (Kürdəmir rayonu) 3 – cü yerin   qalibi oldular.  Digər 5 iştirakçı – Bünyadova Nazilə Eyyub qızı (Kürdəmir rayonu), Hüseynova Nuridə Əyyub qızı (Fizuli rayonu),  Rüstəmzadə Gülayə Elşən qızı (Fizuli  rayonu),   Süleymanova Qudrət Süleyman qızı ( Beyləqan rayonu),  Nuruşova Əsmayə Asif qızı (İmişli rayonu)  isə həvəsləndirici yerə layiq görüldülər.

 Oxu  bayramında “Kitabxananın ictimai həyatında fəal iştirakına görə” Tofiq İsmayılov adına 1 №- li şəhər tam orta məktəbinin rəhbərliyi və 3 №- li şəhər tam orta məktəbinin ədəbiyyat müəllimi Musayeva Əsbət İsaxan qızı   “Təşəkkürnamə” ilə, məktəbli oxucular isə “Fəxri fərman”la  təltif edildilər.

Oxu  bayramı böyük ruh yüksəkliyi ilə sona yetdi.


 

 

2 MB

 

2.2 MB

 

2.1 MB