Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar ”Uşaqlar dünyanın sevincidir” adlı tədbir Xocavənd Mədəniyyət Mərkəzində keçirildi

03.06.2019

   1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan ”Uşaqların Beynəlxalq Müdafiəsi Günü” dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qeyd olunur. Bu gün Azərbaycan uşaqlarının şənlik, xoşbəxtlik və gələcəyə ümid günüdür. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan, hər ana, hər ata öz xoşbəxtliyini, birinci növbədə öz uşağında, öz övladında görür. Ailədə yeni uşağın dünyaya gəlməsi ailə üçün bütün sevinclərdən üstündür, çünki insan yaşayır, yaradır və cəmiyyətin gələcəyini yaradır. Mənim üçün hər bir ailədə uşağın dünyaya gəlməsi və bu ailənin sevinci elə mənim sevincimdir. Mənim üçün hər bir uşağın həyatı bizim ümumi cəmiyyətin həyatıdır”

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə gül balalarımızı ürəkdən təbrik edir, uşaqlar üçün çaiışan hər bir təşkilata uğurlar diləyirik. Uşaqlara qayğı sabahımıza qayğıdir.
Bayramınız mübarək!

 

105.8 KB

 

164.5 KB

 

17.6 KB